“Strateji qərarların icrası üçün makroiqtisadi stabillik şərtdir” - EKSPERT
Banuçiçək Kalbalıyeva
12:05 22.03.2020
İqtisadiyyat
1035
“İşçi qrupları kiçik və orta sahibkarlıq subyektlərinə yönəlik potensial zərərin qarşılanması istiqamətində effektiv mexanizmlərin formalaşdırılması ilə yanaşı sosial stabilliyin təmininə fokuslanıb”
2020-ci il özü ilə birlikdə qlobal bir problemi- koronavirusu gətirdi. Bu infeksiya insanların sağlamlığını təhlükə altında qoymaqla yanaşı, həm də beynəlxalq münasibətlərə, iqtisadi məsələlərə təsir göstərir. Azərbaycanda Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah ehtimal edilən təhlükələri aradan qaldırmaq üçün ilk gündən etibarən məqsədyönlü addımlar atır. Şübhəsiz, qarşıda duran əsas məqsədlərdən biri iqtisadi təsiri aradan qaldırmaq, həmçinin iqtisadi sabitliyə nail olmaqdır.
Məsələ ilə bağlı "Sherg.az" a danışan Sosial Tədqiqatlar Mərkəzi, Sosial-iqtisadi təhlil departamentinin rəhbəri, iqtisadçı Seymur Əliyev koronavirusun beynəlxalq iqtisadiyyatı təhdid etdiyini deyib:
“Dünya Səhiyyə Təşkilatı tərəfindən elan edilən pandemiya (covid19) istər lokal, istərsə də qlobal konteksdə ictimai həyatın bütün sferalarını “iflic” vəziyyətinə salıb. Statistik olaraq qlobal iqtisadiyyata dəymiş zərərin trilyon dollarlarla ölçülməsi bu istiqamətdə real vəziyyətin əhəmiyyətini ön plana çıxarır. Düşünürəm ki, “COVID - 19” un təhdidi növbəti qlobal iqtisadi böhran üçün təsirli katalizator kimi dəyərləndirilməlidir. Nəticə etibarilə ayrı-ayrı milli iqtisadiyyatların preventiv strategiyalarında iqtisadi tədbirlər xüsusi həssaslığı ilə fərqlənir. Belə ki, cari iqtisadi təhdidləri minimumlaşdırmaqla yanaşı post-epidemiya dövrü də diqqət mərkəzində saxlanılmalıdır"
Ekspertin sözlərinə görə, koronavirusun ölkə iqtisadiyyatına təsirini minimuma endirmək üçün ciddi addımlar atılır:
"Azərbaycan hökumətinin böhran menecmenti çərçivəsində reallaşdırdığı addımları tamamlayıcı və yerində verilmiş qərarlar kimi dəyərləndirə bilərik. Burada xüsusilə sosial-iqtisadi blokun mobilizə edilməsi vurğulanmalıdır. Hesab edirik ki, makroiqtisadi stabilliyin və yaxud dayanıqlığın təmini çərçivəsində hökumət tərəfindən yaradılmış işçi qrupları təhdidlərin optimal qiymətləndirilməsi və daha spesifik strateji qərarların reallaşdırılmasını təmin edəcəkdir. Sözügedən işçi qrupları pandemiyanın ümumi iqtisadiyyata təsirinin müəyyənləşdirilməsi, kiçik və orta sahibkarlıq subyektlərinə yönəlik potensial zərərin qarşılanması istiqamətində effektiv mexanizmlərin formalaşdırılması ilə yanaşı sosial və makroiqtisadi stabilliyin təmininə fokuslanıb. Nazirlər Kabinetinin infeksiyanın yayılması təhlükəsini minimumlaşdırmaq istiqamətində gerçəkləşdirdiyi "özünütəcrid" tədbirləri xüsusilə xidmətlər sektoru üçün məxsusi tənzimləyici tədbirlər tələb edir. Bu və digər istiqamətlər üzrə dövlət büdcəsində ayrılan 1 milyardlıq maliyyə vəsaiti və müvafiq dəstək fondunun yaradılması zərərlərin qarşılanması istiqamətində indiki halda məqbul qiymətləndirilməlidir”.
Departament rəhbəri vətəndaşların ÜST-nın və NK yanında Operativ Qərargahın tövsiyə və qərarlarına əməl etmələrini mühüm hesab etdiyini vurğulayıb:
“Eyni zamanda böhranın idarəedilməsi sahəsində hökümətin region ölkələri ilə müqayisədə daha çevik strateji davranışları nəticə etibarilə pandemik epidemiya statistikalarının müqayisəli təhlilində də özünü göstərir”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət
ABŞ Prezidenti: İranın uran ehtiyatını məhv edəcəyik
20:55 21.05.2026
Dünya
Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi
20:31 21.05.2026
Dünya
Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub
20:19 21.05.2026
Region
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb
20:06 21.05.2026
Gündəm
Ekspert Minidiçin Zelenskini niyə məhkəməyə verdiyini açıqlayıb
19:52 21.05.2026
Dünya
İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
19:19 21.05.2026
Rəsmi
Səssiz qoruyucular: Türkiyədə cəmi 8 ailə qalıb
19:12 21.05.2026
Cəmiyyət
Putin: Rusiya nüvə triadasını tələb olunan səviyyədə saxlayacaq
19:06 21.05.2026
Region
Sarukyan: Paşinyan dediyini sübut etsə, onu güllələyəcəm
18:50 21.05.2026
Cənubi Qafqaz