Təklif dəstəkləndi: “Polis və hərbçilər üçün nəqliyyat pulsuz olsun!”
Banuçiçək Kalbalıyeva
12:51 11.11.2020
İqtisadiyyat
887
“Sadəcə təklifin mexanizmini düzgün qurmaq lazımdır”
“Həmin kateqoriyadan olanların maaşlarına nəqliyyat xərcinin əlavə edilməsi daha yaxşı olar”
“Belə olsa, hesabatlılıq üçün problem yaranmaz. Əks halda isə nəqliyyat şirkətləri sui-istifadə hallarına əl ata bilərlər”
“Polisin, xüsusilə hərbçilərin ictimai nəqliyyatdan pulsuz istifadəsi təmin olunmalıdır”. Bunu Milli Məclisin iclasında “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Aqil Abbas deyib.
O, bildirib ki, qardaş Türkiyədə hərbçi pensiyaya çıxandan, yaxud işindən ayrılandan sonra xəstəxanadan pulsuz istifadə edir: “Bizdə də belə olmalıdır. Hələ ki, bizdə icbari tibbi sığorta tətbiq edilmir. Daxili İşlər Nazirliyində bu məsələ öz həllini tapıb. İşindən ayrılan işçilər də Daxili İşlər Nazirliyinin hospitalından istifadə edə bilir. Hərbçilər üçün də belə olmalıdır”.
İqtisadçı-ekspert Natiq Cəfərli deputatın sözügedən təklifini “Sherg.az”a dəyərləndirib:
“Belə təkliflər indiyədək bir neçə dəfə olub. Bir çox ölkələrdə analoji məsələ tətbiq edilir. Məncə də, polis və hərbçi qardaşlarımıza belə güzəştlərin olması pis fikir deyil. Əslində onlar üçün nə etsək azdır.
Sadəcə təklifin mexanizmini düzgün qurmaq lazımdır. Fikrimcə, sözügedən kateqoriyadan olanlar hər dəfə ictimai nəqliyyata minəndə xüsusi sənəd göstərməkdənsə, onların maaşlarına nəqliyyat xərcinin əlavə edilməsi daha yaxşı olar. Belə olsa, hesabatlılıq üçün problem yaranmaz.
Əks halda isə nəqliyyat şirkətləri sui-istifadə hallarına əl ata bilərlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual