TƏKLİF
: "Əmanətlərin tam sığortalanması müddəti 3 il artırıla bilər"
Turan
09:48 13.03.2020
İqtisadiyyat
696
“Əmanətlərin tam sığortalanması 3 il müddətində öz bəhrəsini verdi”.
"Sherg.az"ın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında millət vəkili Vahid Əhmədov bildirib.
V. Əhmədov deyib ki, mövcud əmanətlərin 8,5 milyardı manatla olan əmanətdir: “Əmanətlərin tam sığortalanmasının 9 ay müddətinə uzadılması qısadır. Hökumət ümumiyyətlə, əmanətləri orta müddətli dövr üçün tam sığortalamalıdır. Məsələn, 3 il müddətində. Neftin bazar qiymətinin düşməsi ilə bağlı bəzi söz-söhbətlər gəzir. Bankların qarşısında növbələr var. Əhali manatı dollara çevirmək üçün təşviş içərisindədir. Mərkəzi Bankın “B” planı olması ilə bağlı Elman Rüstəmov bəyanat verib. Təklif edirəm ki, Mərkəzi Bank əhaliyə daha geniş məlumat versin. Maliyyə Sabitliyi Şurası əhaliyə geniş məlumat verməlidir ki, yaxın müddətdə Azərbaycanda heç bir narahatlıq olmayacaq”.
Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli qeyd edib ki, əmanətlərin tam sığortalanması ilə bağlı qanun layihəsinin ortalığa çıxması 2015-ci ildə baş verən devalvasiyalarla bağlı prosesi yumşaltmaq məqsədi daşıyırdı:
“Hazırda manata və bank sisteminə güclü təzyiq var. Bu qanunun qəbul edilməsi manata və banklara inamın dolayı yolla artırılmasına xidmət edən addım olacaq. Hazırda yaradılan ajiotajdan istifadə etmək istəyənlər var. Nazirlər Kabinetində Baş Nazir tərəfindən keçirilən müşavirədə ajiotajın aradan qaldırılması üçün müəyyən tezislər irəli sürüldü. Azərbaycanda əmanətlər ÜDM-in 10%-i civarındadır. Bu qanunun qəbul edilməsi ilə bankların reputasiyasının yaxşılaşdırılması hədəfi də qoyulmalıdır. Elə şərait yaradılmalıdır ki, əhali əlindəki əmanəti banklara etibar etsin. Əhali banklara əmanətləri ən azı 1 il müddətinə qoyur. Bu müddətin 9 ay artırılması azdır. Mərkəzi Bank və Milli Məclisin İqtisadi Siyasət, sənaye, sahibkarlıq komitəsinin ciddi dialoq aparmasına ehtiyac var. Bu, qısa müddətdə daha işlək və operativ mexanizmin ortaya çıxmasına səbəb olacaq. Neftin qiymətinin düşməsin manatın devalvasiyası anlamına gəlmir. Neftin qiyməti 30 dollar həcmində olsa bu, 2020-ci ilin 24 milyard manatlıq büdcəsinə 4% təsir göstərəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tan Taşçı saxlanıldı
02:54 22.05.2026
Şou
Əfqanıstanda qızlar üçün nikah yaşı aşağı salınıb
02:22 22.05.2026
Dünya
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət
ABŞ Prezidenti: İranın uran ehtiyatını məhv edəcəyik
20:55 21.05.2026
Dünya
Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi
20:31 21.05.2026
Dünya
Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub
20:19 21.05.2026
Region
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb
20:06 21.05.2026
Gündəm
Ekspert Minidiçin Zelenskini niyə məhkəməyə verdiyini açıqlayıb
19:52 21.05.2026
Dünya
İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
19:19 21.05.2026
Rəsmi
Səssiz qoruyucular: Türkiyədə cəmi 8 ailə qalıb
19:12 21.05.2026
Cəmiyyət
Putin: Rusiya nüvə triadasını tələb olunan səviyyədə saxlayacaq
19:06 21.05.2026
Region