Türkiyənin ixracatı iki ayda 42 milyard dollara yaxınlaşıb
Yusif Nəzərli
15:21 04.03.2025
İqtisadiyyat
563
Bu ilin ilk iki ayında Türkiyənin ixrac həcmi 41,9 milyard dollara çatıb ki, bu da 2024-cü ilin yanvar-fevral göstəricisindən 2,1 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat fevralın 4-də Ankarada keçirilən mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, məhz fevral ayında Türkiyə 20,8 milyard dollarlıq məhsul ixrac edib ki, bu da “Ankaranın iqtisadi proqramının müsbət nəticəsidir”.
O, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrə Türkiyə məhsullarının tədarükünün artmasını xüsusilə qeyd edib. “Bu ilin yanvar-fevral aylarında TDT ölkələrinə tədarük edilən Türkiyə məhsullarının həcmi 9,2 faiz artıb ki, bu da çox sevindirici haldır”, - deyə türkiyəli nazir bildirib.
Ticarət naziri daha sonra azalan inflyasiya və işsizlik göstəricilərinə diqqət çəkib. “Bu ilin yanvar ayında Türkiyədə işsizlik 8,4 faizə düşüb ki, bu da 2013-cü ildən bəri ən yüksək məşğulluq səviyyəsidir. Bununla yanaşı, fevralda ölkədə inflyasiya son 20 ayın minimumu olan 39,05 faizə düşüb”, - deyə nazir qeyd edib.
Ö.Bolat dünya bazarlarındakı vəziyyəti də şərh edərək bildirib ki, ABŞ administrasiyasının Çin, Avropa İttifaqı ölkələri, Kanada və Meksika üçün əlavə rüsumlar tətbiq etmək qərarı “ticarət müharibələrini” gücləndirir və qlobal ticarətdə qeyri-müəyyənliyə gətirib çıxarır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İraqdan çıxır: Vaşinqtonun boşaltdığı meydanda Tehran güclənir?
19:27 29.09.2026
Dünya
Zelenski: Rusiya Sumıda məktəbi bombalayıb, ölənlər var
18:46 29.09.2026
Dünya
Məşhur erməni yazıçı və ssenarist Vaqram Saakyan saxlanılıb
18:39 29.09.2026
Region
Türkiyədə saxlanılan İran təyyarəsi Tehrana qayıdacaq
17:46 29.09.2026
Gündəm
Özbəkistan Prezidenti Pezeşkiana zəng etdi
17:38 29.09.2026
Gündəm
İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq müzakirə olunub
17:17 29.09.2026
Sosial
Rusiyada hərbi təyyarə qəzaya uğradı: ölənlər var - VİDEO
16:49 29.09.2026
Hadisə
Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib
16:39 29.09.2026
Gündəm
Lənkəranda hissedilən zəlzələ olub
16:06 29.09.2026
Hərbi
Alimləri heyrətə salan “xəyalət”: 100 milyonda bir rast gəlinir
16:02 29.09.2026
Maraqlı
İrandan vəd: Öldürüb cəsədini gətirin, 10 milyrad verək!
15:58 29.09.2026
Dünya
Salahla reklama çəkilən Hatice ana Misirdə məşhurlaşdı
15:55 29.09.2026
Maraqlı
Putin Azərbaycana qadağa qoydu
15:45 29.09.2026
Gündəm