Vətəndaşların dollar əndişəsi anlaşılandır
10:17 14.01.2021
İqtisadiyyat
616
Çünki hazırda xarici valyuta mübadiləsində məhdudiyyətlər var
Ölkəmizdə dolların yeni ildən bahalaşacağı proqnozlaşdırılsa da, Mərkəzi Bank yanvar ayının 13-dən etibarən dolların manata olan məzənnəsini 1.70 manat səviyyəsində müəyyən olduğunu açıqlayır və bununla da baş verən narahatlıqlara heç bir ehtiyac olmadığını vurğulayır.
Ancaq yenə də insanlar dolların qiymətinin hər an qalxa biləcəyindən ehtiyat edirlər. Hazırda bankların fərdi şəxslərə dollar verməməsi, dollarla mübadilə işlərinin aparılmaması və s. məsələlər insanların narahatlıqlarına əsas yaradır.
Məzənnə əvvəlki ilə uyğun olaraq dəyişməz qalırsa banklar niyə əhalinin dollara olan tələbatını qarşılamır, insanlara xarici valyuta ilə kreditlər verməkdən, manatla dolları mübadilə etməkdən və s. çəkinirlər?
Mövzu ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlama verib:
"Məzənnə ilə bağlı ajiotajın yaranmasına səbəb dolların satışına qoyulan məhdudiyyətlərlə bağlıdır. Əgər hansısa bir vətəndaş bir neçə banka gedib dollar ala bilmirsə, istər-istəməz əks-fikir yaranır. İnsanlar üçün çətinliklər yaradılır, müəyyən sənədləşmə işlərinin görülməsi və izahat tələb olunur, bir çox banklarda günortadan sonra ümumiyyətlə dollar satılmır və s. bütün bunlar təşvişə və şayiələrin daha da genişlənməsinə səbəb olur.
Hər kəsə məlumdur ki, Azərbaycanda məzənnə inzibati qaydada tətbiq olunur. Burada bazar iqtisadiyyatı qaydaları çalışmır. Yəni üzən məzənnə rejimi deyil. Mərkəzi Bank elan etsə də, üzən məzənnə rejiminə keçə bilmədi. Bunun üçün fundamental səbəblər var. Çünki Azərbaycanda iqtisadi resursların sayı azdır. Buna görə də valyuta rahat şəkildə alınıb-satıla bilmir.
Bütün bunlar hamıya məlumdur. Mərkəzi Bank isə israrla heç bir problemin olmadığını deyir. Vətəndaşlar üçün isə bunu sözdə demək bəs etmir. Buna görə də bu işi artıq əməldə göstərmək lazımdır. Yəni məhdudiyyətlər aradan qaldırılmalıdır.
İnsanlar üçün heç bir anlamı olmayan məhdudiyyətlər qoyulub. Məsələn, hər bir vətəndaş il ərzində cəmi iyirmi min manatlıq valyuta ala bilər. Bu məhdudiyyət hansı məntiqlə qoyulub? Dediyim kimi, satışlarda, sənədləşmələrdə problemlər var. Bütün bu problemlər qaldıqca vətəndaşlarda dolların məzənnəsinin qalxacağı və manatda devalvasiya olacağı hissi qalmaqda davam edəcək.
Mərkəzi Bank insanların bu fikirlərdən daşınmağını istəyirsə, bu qadağaları tezliklə aradan qaldırmalıdır. İnsanlar görsələr ki, valyuta sərbəst şəkildə alınıb-satıla bilir, heç bir problem yoxdur, o zaman belə problem və gözləntilərin də heç bir əsası olmayacaq".
Ağarza Elçinoğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə
“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb
11:29 28.10.2026
Gündəm
Azərbaycan lideri Çex Respublikasının Prezidentini təbrik edib
11:10 28.10.2026
Gündəm
Türkiyə bayrağını və Atatürkü təhqir edən müəllim saxlanılıb
10:25 28.10.2026
Hadisə