"Yanğınlar Türkiyə iqtisadiyyatına mənfi təsir göstərir"
Turan
14:10 01.08.2021
İqtisadiyyat
664
"Türkiyədə baş verən yanğınları hər birimiz dərin kədər və təəssüf hissi ilə qarşılayarıq".
"Sherg.az" xəbər verir ki, bunu millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib.
Deputat bildirib ki, qardaş ölkənin bu bəladan daha tez qurtulmasına dua edirik:
"Bütün bunlarla yanaşı, Türkiyədə baş verən meşə yanğınları qardaş ölkənin iqtisadiyyatına da mənfi təsir göstərməkdədir. Yanğınlar daha çox Türkiyənin turistik bölgələrində müşahidə olunduğundan bu sahənin gəlirlərinə təsirsiz ötüşməyəcək. Türkiyə bu il 25 milyon turisti qonaqlamağı hədəfləyir. Ötən il pandemiya səbəbindən tənəzzül keçirən turizm sektoru bu il canlanmağa başlamışdı.
Bu ilin birinci yarısında Türkiyəyə 7 milyon 250 min xarici turist gəlmişdi və rəqəmlər də artan istiqamətdə dəyişirdi. Təəssüf ki, meşə yanğınları əsasən qardaş ölkənin turizm bölgələrini əhatə etdiyindən bu Türkiyəyə səfər etməyi planlaşdıran bir sıra əcnəbilər arasında tərəddüdlər yarada bilər".
Parlament üzvünün sözlərinə görə, işsizlik səviyyəsi 13.2 faiz olan qardaş ölkədə bu ilin birinci rübündə ÜDM 1.7 faiz artırsa da, əksər makro-iqtisadi göstəriciləri pandemiyadan təsirlənib:
"Bu baxımdan, meşə yanğınları qardaş ölkə üçün əlavə xərc yaradacaq ki, bu da Türkiyə iqtisadiyyatı üçün arzuolunan deyil. Ekoloji problemlərə yol açan meşə yanğınlarını Türkiyənin qısa zamanda nəzarətə alıb tam söndürəcəyinə inanmaqla qardaş ölkənin bu sinaqdan da çıxacağını və iqtisadi təsirlərinin daha az intervalda minimumlaşdıra biləcəyini diləyirik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya