
Uşaq süni qidalarına maraq reklamlarla bağlıdır - Pediatr
Yusif Nəzərli
13:36 11.11.2024
Cəmiyyət
698
Doğulduqdan 2 yaşa qədər uşaqların ən sürətli böyümə dövrüdür. Yaxşı olardı ki, bu vaxt ərzində körpələr ana südüylə qidalansın
Azərbaycanda körpələrini yalnız ana südü ilə qidalandıran analara çox az rast gəlinir. Artıq iş o yerə çatıb ki, uşağını pediatra aparan analar həkimin təyinatı üzrə müalicə ilə yanaşı, həm də körpələrinin qidasını da dəyişməli olurlar. Bu gün satışda müxtəlif növ və müxtəlif qiymətə uşaq qidaları mövcuddur. Ümumiyyətlə süni uşaq qidaları təhlükəlidirmi? Bu qidalar hansı xəstəlikləri yarada bilər?
Suallarımızı cavablandıran pediatr Qoşqar İsmayılov "Sherg.az"a söyləyib ki, heç bir qida ana südünü əvəz edə bilməz:

"Təəsüf ki, son zamanlar analarda südün müəyyən səbəbdən azalması nəticəsində məcbur süni uşaq qidaları təyin olunur. Lakin, səbəbsiz bu qidaları deyişmək məsləhət deyil. Tez-tez belə hallar yaranarsa, körpələrdə müxtəlif gastrointestinal problemlərə səbəb ola bilər. Əgər suni qidalara ehtiyac olarsa, mütləq həkiminiz ilə əlaqə saxlayın. Ümumiyyətlə, doğulduqdan 2 yaşa qədər uşaqların ən sürətli böyümə dövrüdür. Yaxşı olardı ki, bu vaxt ərzində körpələr ana südüylə qidalansın. Süni qidalar uşağın həm fiziki, həm də psixoloji halına təsir edir, xəstəliklərə qarşı müqaviməti zəiflədir. Həmçinin, süni uşaq qidalarının tərkibində şəkər çox olduğu üçüb bu nüans uşağın çəkisini artırır. Ümumiyyətlə, uşaq süni qidalarına maraq reklamlarla bağlıdır. Bir sözlə, ana ilə təzə doğulan körpənin arasındakı o mənəvi-psixoloji bağların yaranmasında, ananın müxtəlif onkoloji xəstəliklərdən qorunması üçün ana südü ilə qidalandırma çox mühümdür"
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya