Mixail Qusman Azərbaycanın qış kurortlarından bəhs edib
Yusif Nəzərli
19:52 22.12.2024
Aktual
488
“Formula vlasti” müəllif proqramının builki sonuncu Yeni il buraxılışında “TASS” Agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusman Azərbaycanın qış kurortlarından bəhs edib.
AZƏRTAC xəbər verir ki, “Rossiya 24” kanalında yayımlanan verilişdə Mixail Qusman “Şahdağ” dağ-xizək kurortunda istirahəti ilə bağlı təəssüratlarını bölüşüb. Jurnalist qeyd edib ki, bir çox ölkələrdən, o cümlədən Rusiyadan olan turistlər bu məşhur kurortda istirahət edirlər.
Verilişdə 2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Mixail Qusmana verdiyi müsahibədən bir parça nümayiş olunub ki, burada dövlət başçısı son vaxtlar Azərbaycana çoxlu sayda turistlərin gəldiyini qeyd edir. “Azərbaycan sabit ölkədir. Azərbaycan xalqı qonaqpərvərliyi ilə məşhurdur. Bizim ölkəmizdə işləmək, istirahət etmək üçün hər cür şərait yaradılıb”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Təhlükəsizlik və rahatlıq səviyyəsi, Azərbaycan xalqının səmimiliyi və qonaqpərvərliyi, nadir tarixi abidələri, milli bayramları və Xəzər dənizi proqram müəllifinin fikrincə, dünyanın hər yerindən səyahətçiləri cəlb edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı