Bakıda IATA-nın Aviasiya Enerji Forumu işə başlayıb
Yusif Nəzərli
06:25 13.05.2025
Gündəm
289
Bakıda Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (“AZCON Holding”) tərkibində fəaliyyət göstərən “Azərbaycan Hava Yolları”nın (AZAL) dəstəyi ilə IATA-nın (Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası) Aviasiya Enerji Forumu (AEF) işə başlayıb. Azərbaycanın ev sahibliyi etdiyi bu mühüm beynəlxalq tədbir 2025-ci il 13-15 may tarixlərində keçirilir.
“APA-Economics” xəbər verir ki, Qafqaz və Xəzər dənizi regionunda ilk dəfə keçirilən AEF dünyanın aviasiya yanacağı icması üçün əsas sənaye görüşüdür. Bu, aviaşirkət nümayəndələrinə, yanacaq və Dayanıqlı Aviasiya Yanacağı (SAF) təchizatçılarına və IATA-nın digər strateji tərəfdaşlarına müasir aviasiyanın qarşısında duran enerji çağırışlarını müzakirə etmək və bu sahədə qlobal əməkdaşlığı gücləndirmək üçün unikal bir platformadır. Həmçinin bu platforma 2050-ci ilə qədər aviasiyanın sıfır CO2 emissiyası məqsədinə çatmaq üçün iş birliyi qurulmasına da imkan yaradır.
Açılış mərasimində AZAL QSC-nin prezidenti Samir Rzayev beynəlxalq aviasiya yanacağı sənayesinin ən nüfuzlu tədbirlərdən biri olan AEF-ə ev sahibliyi etməyin əhəmiyyətini vurğulayıb:
“Bu mühüm forumun Bakıda təşkil olunması ölkəmizin qlobal aviasiya sektorunda və enerji keçidində artan strateji rolunun göstəricisidir və Azərbaycanın dayanıqlı aviasiya gündəminin formalaşmasında fəal iştirakını təsdiqləyir. Dayanıqlı aviasiyaya və “Net Zero” hədəfinə aparan yol innovativ enerji həllərinin sinerjisini tələb edir və bu həllər yalnız təcrübə mübadiləsi və güclü tərəfdaşlıqlar nəticəsində mümkün ola bilər. Ölkəmizin növbəti dəfə qlobal əməkdaşlıq üçün vacib platforma rolunu oynamasından qürur və məmnunluq duyuruq. AZAL isə, öz növbəsində, aviasiya sənayesinin dekarbonizasiyasını dəstəkləməyə sadiq qalacaq, eyni zamanda öz dayanıqlılıq gündəliyini davamlı şəkildə inkişaf etdirəcək”.
Forumda 60-dan çox ölkənin və 70-dən çox aviaşirkətin nümayəndələri, ümumilikdə 800-ə yaxın qeydiyyatdan keçmiş iştirakçı bir araya gəlib. 13-15 may tarixlərində AEF çərçivəsində bir sıra panel müzakirələr, həmçinin texniki və kommersiya mövzularına dair sessiyalar keçiriləcək. Bundan əlavə, iştirakçılar sərgi zonasında sponsorlarla görüşmək, innovativ yanaşmalarla tanış olmaq və yeni əməkdaşlıqlar qurmaq imkanı əldə edəcəklər.
Qeyd edək ki, qlobal aviasiya yanacaq cəmiyyətinin aparıcı sənaye tədbiri olan AEF yalnız dəvət olunmuş IATA üzvləri və IATA-nın yanacaq sektorundakı strateji tərəfdaşları üçün nəzərdə tutulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ-ın silah ehtiyatlarının tükənməsində günahkarı göstərdi
14:10 11.08.2026
Dünya
Sabah yağış yağacaq
14:07 11.08.2026
Ekologiya
Ana-oğuldan sonra ata da öldü - Toya hazırlaşırdılar... - FOTO
14:06 11.08.2026
Hadisə
Kamila Valieva: “İrəli və mahnı ilə!”
14:05 11.08.2026
İdman
Sirkədən zəhərlənən 2 nəfər öldü
13:47 11.08.2026
Hadisə
Putin: “Altay Avropadan daha yaxşıdır”
13:39 11.08.2026
Gündəm
Ermənistan üçün yeni qaz mənbəyi: TRIPP qaz kəməri
13:32 11.08.2026
Region
Latviya Belarusla sərhəddə gizli tunel aşkar etdi
13:15 11.08.2026
Dünya
Messi “İnter Mayami”də çıxışını dayandırdı
12:57 11.08.2026
Futbol
Asılılıqdan qurtulmaq mümkündür - Psixoloqdan vacib tövsiyələr
12:37 11.08.2026
Sağlamlıq
Voronejdəki anbardakı malların böyük hissəsi qorunub
12:15 11.08.2026
Dünya
Rusiyanın daha bir neft emalı zavodu vuruldu
11:04 11.08.2026
Dünya
Saatlıda yanğın törədən şəxs saxlanılıb
10:25 11.08.2026
Hadisə
İrəvanın KTMT-dəki səlahiyyətləri məhdudlaşdırılır
10:17 11.08.2026
Dünya
1630-cu gün: Rusiyanın itkiləri yeniləndi
09:57 11.08.2026
Dünya
Babək prospektində obyektdə yanğın oldu - VİDEO
09:49 11.08.2026
Hadisə