
Analitik: PKK terror təşkilatı demək olar ki, bitib
13:10 19.05.2025
Dünya
449
“PKK terror təşkilatı yay qurtarmamış tərksilah ediləcək”.
Bunu Türkiyə parlamentinin sədri Numan Kurtulmuş deyib.
“Önəmli mərhələlərdən biri təşkilatın tərksilah edilməsidir. Silahların yerə qoyulduğu açıq şəkildə görünməlidir. Düşünürəm ki, silahlar yay bitməmiş yerə qoyulacaq”, - spiker bildirib.
Qeyd edək ki, mayın 12-si PKK özünü buraxdığını və silahlarını təslim edəcəyini açıqlayıb.
Siyasi şərhçi Kazım Kazımov Sherg.az-a bildirib ki, artıq 50 ilə yaxındır Türkiyədə fəaliyyət göstərən PKK terror təşkilatı demək olar ki, bitib:

"Ötən günlərdə bu qurum özünün ləğv edildiyini, silahı yerə qoyduğunu açıqladı. Həmçinin Türkiyə hökumətinin məsələ ilə bağlı bir çox addım atması gözlənilir. Texniki cəhətdən nəzər salsaq, PKK təşkilatının üzvləri jandarmalar və digər mərkəzlərə gələrək silahları təhvil etməli, o cümlədən özlərinin təslim olduğu barədə bəyanat verməlidirlər. Sonrakı mərhələdə hər hansı pozuntunun yaranmayacaq. Təşkilatın üzvləri çox güman ki, amnistiya hüququ istəyəcəklər. Ümumiyyətlə bu, qardaş Türkiyə üçün tarixi qələbədir. Çünki PKK terror təşkilatının fəaliyyəti dövründə ölkə mübarizə yolu keçərək minlərlə şəhid verdi. Lakin bu gün Türkiyənin artan regional gücü və güclü hərbi mövqeyi terror bəlasından qurtulmağa şərait yaratdı".
Şərhçinin fikrincə, yay aylarının sonuna qədər PKK silahı tamamilə təhvil verməlidir:
"Çünki prosesin uzanmağı məsələnin gələcək sağlamlığı üçün problem təşkil edə bilər".
Qalereya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm