
Terapevt: Qida zəhərlənməsi yayda çox təhlükəlidir
12:22 10.06.2025
Sağlamlıq
490
İnsanı iflic edə, hətta ölümə də səbəb ola bilər
“İsti havalarda yağlı yeməklər məsləhət deyil, yağlı yeməkdən sonra soyuq su içmək, soyuq halda nəsə qəbl etmək, dərhal meyvə qəbul etmək bağırsaq pozğunluğuna səbəb olur”
Bakıda gənc qız zəhərlənmədən vəfat edib. Sherg.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə iyunun 7-si saat 5 radələrində baş verib. Məlumata görə, Saatlı rayon sakini 2005-ci il təvəllüdlü Dərya Şahin qızı Ağayeva Səbail rayonu M.Hüseynov küçəsi 22-nin qarşısından ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Zəhərlənmə diaqnozu qoyulmuş qız bir qədər sonra vəfat edib. D.Ağayevanın hansı şəraitdə və nədən zəhərlənməsi hələlik tam dəqiqləşməyib. Yaxınları onun qarpızdan zəhərləndiyini bildiriblər. Vəfat edən qızın universitetlərdən birinin tələbəsi olduğu qeyd edilib. Faktla bağlı araşdırmalar aparılır. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin məlumatında isə qeyd edilir ki, iyunun 7-də 20 yaşlı şəxs (qadın cinsli) qıcolma vəziyyətində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib: "Dərhal xəstəyə zəruri tibbi xidmətlər göstərilib, həkimlərin səylərinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb".
Terapevt Şahvələd Məmmədov Sherg.az-a açıqlamasında qeyd etdi ki, ölümün səbəbi dəqiq bilinmədiyindən konkret fikir söyləmək çətindir. Lakin havaların artıq kifayət qədər isti keçdiyi nəzərə alınaraq insanlar qidalanmalarına ciddi diqqət etməlidirlər:

- Havalar artıq isti keçir, belə havalarda doğru qidalanma əsas şərtdir. Hazırda meyvələrin bol olduğu mövsümdür. Amma bütün meyvələrin mövsümü deyil. Biz bilmirik mərhum həqiqətən qarpızdan zəhərlənib, yainki hansısa digər səbəb olub, lakin indi qarpız, yemiş mövsümü deyil. Qarpız,yemiş bostan meyvələridir və onların yetişmə dövrü avqust ayı hesab olunur. İndi vəziyyət elədir ki hətta yanvar,fevral aylarında da satışda qarpız da olur, istənilən digər meyvə də. Sadəcə, insanlarımız bilməlidir ki, hər meyvə öz mövsümündə yeyilməlidir. Bazara çıxarmaq üçün hər cür meyvəni vaxtından əvvəl yetişdirirlər və butada sözsüz ki kimyəvi əlavələr rol oyanır. Qarpız və yemişin tərkibində nitrat maddəsinin miqdarı çox olduqda zəhərlənmə verə bilir. Qida zəhərlənməsi çox təhlükəlidir. İnsanı iflic edə, hətta ölümə də səbəb ola bilər. İsti havalarda yağlı yeməklər məsləhət deyil. yağlı yeməkdən sonra soyuq su içmək, soyuq halda nəsə qəbl etmək, dərhal meyvə qəbul etmək bağırsaq pozğunluğuna səbəb olur. Meyvə-tərəvəzlər alınıb evə gətrildikdə mütləq yaxşı-yaxşı yuyulmalıdır. Üzərlərində müxtəlif bakteriyalar ola bilər. Uzun müddət soyuducuda saxlanan meyvə-tərəvəzi, eləcə də qarpızı yemək təhlükəlidir. Soyuducuda uzun müddət qalan qidaların tərkibində dəyişiklik baş verir, bu da zəhərlənməyə səbəb olur. Məsləhət görürük, yeməkdən sonra insanlar özündə halszılıq, başgicəlləməsi, ürəkbulanması hiss edirsə, dərhal təcili yardıma müraciət etsinlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya