Ekspert: Fransa Qafqazdakı siyasətini Ermənistan üzərindən şəkilləndirir
09:34 17.09.2025
Cənubi Qafqaz
397
Sentyabrın 16-da Parisdə Ermənistan və Fransa Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.
Xarici işlər nazirinin müavini Vaan Kostanyan və Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Kontinental Avropa Departamentinin rəhbəri Bris Rokfey siyasi məsləhətləşmələr zamanı iki ölkə arasında iqtisadiyyat, infrastruktur, müdafiə və mədəniyyət sahəsində əməkdaşlıq proqramlarını, onların gələcək inkişaf və genişlənmə perspektivlərini, habelə beynəlxalq təşkilatlarda və digər çoxtərəfli platformalarda mövcud əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Bu çərçivədə qarşılıqlı maraq doğuran məsələlər üzrə yanaşmaların yaxınlaşması üçün davamlı qarşılıqlı dəstəyin və əlavə səylərin lazım olduğu vurğulanıb.
Ermənistan-Avropa İttifaqı tərəfdaşlığının gündəliyi ilə bağlı məsələlərə toxunulub.
Ermənistan və Fransa arasında strateji tərəfdaşlıq haqqında sənəd və onun imzalanma müddəti barədə ətraflı müzakirələr aparılıb.
Ən aktual regional və beynəlxalq mövzular ətrafında da fikir mübadiləsi aparılıb. Vaşinqtonda Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması çərçivəsində əldə edilmiş razılaşmalara, həmçinin Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesinə toxunulub.
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Sherg.az-a bildirib ki, Fransa ilə Ermənistan arasında siyasi məsləhətləşmələrə hər zaman ehtiyac duyulub:
"Çünki Fransa Qafqazdakı siyasətini Ermənistan üzərindən şəkilləndirir. Əvvəlcə, Gürcüstan Prezidenti Salome Zurabişvilinin dönəmində Fransanın bu ölkənin xarici siyasət xəttin də bir az müdaxiləsi var idi. Həmçinin Ermənistan ilə xüsusi yaxınlıq, strateji əməkdaşlıq və rəsmi Parisin bölgədə olmaq istəyi hər zaman açıq-aydın bəlli olub. Bu baxımdan rəsmi İrəvan bütün məsələləri Fransa ilə müzakirə edir. Hətta Makron bütün Cənubi Qafqaz regionunda baş verənləri bilməkdə xüsusi maraq göstərir. Məhz Fransanın təsirinin nəticəsidir ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin gecikməsinin şahidi olduq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat