
ABŞ-nin gizli yeraltı arxivləri:
Sivilizasiyanı yenidən quracaq sığınacaq
11:42 30.10.2025
Gündəm
499
Bu arxivlərdə saxlanılan məlumatlar, qiyamətdən sonra sivilizasiyanı yenidən başlatmaq üçün istifadə olunacaq
Soyuq müharibə dövründə layihələndirilmiş “kölgə kitabxanaları” bu gün rəqəmsal dövrün ürəyinə çevrilib. ABŞ hökumətinin yeraltı sığınacaqlarında, tonlarla əhəngdaşının altında bəşəriyyətin yaddaşı qorunur. Bu arxivlərdə saxlanılan məlumatlar, qiyamətdən sonra sivilizasiyanı yenidən başlatmaq üçün istifadə olunacaq.
Sherg.az xəbər verir ki, Kanzas ştatındakı Lenexa Federal Qeydiyyat Mərkəzi bu gizli arxivlərin ən tanınmış nümunələrindəndir. “Buz kubu” adlandırılan, mənfi temperaturlu otaqda maskalı arxiv işçiləri kövrək film lentləri ilə işləyirlər. Bu lentlər bir gün Amerika sivilizasiyasını yenidən dirçəldə biləcək sənədləri ehtiva edir.
Qiyamət planı: Məlumat xilas ediləcək, sivilizasiya yenidən doğulacaq
Penn State Universitetinin kitabxanaşünası David Brett Spencer bildirir:
“O dövrdə inanırdılar ki, lazımi sənədləri qoruya bilsələr, hökumət ciddi fasilə olmadan fəaliyyətini davam etdirə bilər.”
1950-ci illərdə inşa olunan bu arxivlər nüvə hücumlarına dözümlü olması üçün polad və daşla möhkəmləndirilmişdi. Məqsəd, şəhərlər məhv olsa belə, Amerikanın bilik bazasını, qanunlarını, mədəniyyətini və kollektiv yaddaşını qorumaq idi.
Bu ideya, II Dünya müharibəsindən sonra İngiltərədə alman bombardmanlarından qorunmaq üçün arxivlərin daş kassalara köçürülməsindən ilham almışdı. Soyuq müharibə dövründə isə ABŞ bu təcrübəni Sovet hücumlarına qarşı daha da genişləndirdi.
Lenexa kitabxanası yüzlərlə kilometr uzunluğunda film və maqnit lentləri, təxminən 14 milyon fotoşəkil və milyardlarla səhifə sənəd saxlayır.
Kitablar nüvə partlayışına tab gətirə bilərmi?
1955-ci ildə Nevada səhrasında keçirilən Operation Teapot əməliyyatı zamanı vəzifəlilər kitabların və mikrofilmlərin nüvə partlayışına qarşı davamlılığını sınaqdan keçirdilər.
“Doom Town” adlı saxta şəhərcik salındı. İçərisində evlər, manekenlər və kitab rəfləri yerləşdirilmişdi. Partlayışdan sonra toplanan məlumatlar ABŞ ordusunun müharibədən sonrakı əməliyyat planlarında istifadə olundu.
Bu sınaqlardan sonra Konstitusiya və digər təsis sənədləri kimi milli xəzinələrin qorunması üçün nəhəng polad seyflər istehsal edildi.
Prezident Harry Truman bu seyflərin Amerikanın ən dəyərli sənədlərini “müasir insan zəkasının yarada biləcəyi ən təhlükəsiz şəkildə” qoruyacağını bildirmişdi.

Yeraltı şəbəkələr: Dövlət arxivlərindən pizzaxanalara qədər
Onilliklər ərzində bu “kölgə kitabxanaları” genişləndi.
Bəzilərində öz elektrik stansiyası, su anbarı və yanğınsöndürmə xidməti var idi. 1980-ci illərdə özəl şirkətlər də bu üsulu mənimsədi: Vrigley saqqız reseptlərini, Pizza Hut isə şirkət qeydlərini yeraltı kassalarda saxladı.
Iron Mountain və Underground Vaults kimi şirkətlər zamanla sadəcə sənəd mühafizəsindən çıxaraq rəqəmsal təhlükəsizlik, məlumat şəbəkəsi və film arxivləşdirmə xidmətləri təqdim etməyə başladılar.
Bu gün həmin sığınacaqların əksəriyyəti hələ də fəaliyyət göstərir. Soyuq və rütubətsiz mühit sərt disklər və serverlər üçün ideal şərait yaradır.
Bir vaxtlar nüvə qiyamətindən sonra Amerikanı yenidən qurmaq üçün yaradılmış bu yeraltı arxivlər indi rəqəmsal dövrün onurğa sütununa çevrilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya