Etibar sınağı: Mütəxəssislər manipulyasiyadan qorunmağın 3 üsulunu təklif edir
Yusif Nəzərli
03:37 03.06.2025
Maraqlı
689
Manipulyasiya bir insanı və ya durumu öz maraqlarına uyğun yönləndirməkdir. Adətən şüurlu şəkildə sərgilənən bu davranış qarşı tərəfin fərqinə varmadan qərarlarını dəyişməsinə səbəb ola bilər.
Sherg.az “NTV,com.tr”yə istinadən mütəxəssilərin bununla bağlı tövsiyələrini təqdim edir. Psixoloq Ceremi Nikolsonun fikrincə, sosial münasibətləri canlı saxlayan insanlar adətən fədakar və işbirlikçi olurlar. Ancaq bu yaxşı niyyətli insanların səmimi səyləri bəzən bədxah və eqoist insanlar tərəfindən istifadə edilə bilər. Manipulyasiyaya uğramamaq üçün nələr edilməlidir? 2022-ci ildə aparılan bir araşdırmaya görə, fərdlərin faydalı və ahəngdar davranışlar sərgiləməsinin üç əsas səbəbi var: Gözləntilər; qarşılaşdıqları insanların da onlarla müsbət, faydalı və konstruktiv davranacaqlarına inanırlar. Reputasiya narahatlığı; onlar cəmiyyətdə necə qəbul olunduqları ilə maraqlanır və müsbət qiymətləndirilmək istəyirlər. Gələcək qarşılıqlı əlaqələr; eyni insanla yenidən görüşmə ehtimalını nəzərə alaraq yaxşı uzunmüddətli əlaqələr qurmaq üçün səy göstərirlər.
Psixoloq Ceremi Nikolsonun “Cəlbetmə psixologiyası” kitabında qeyd etdiyi kimi, insanlar inam və nikbinliklə, xüsusən də emosional münasibətlərdə asanlıqla manipulyasiya edilə bilər. Bu manipulyasiyalar adətən üç səbəbə əsaslanır: Müsbət gözləntilərdən istifadə etmək: Daim qəbul edir, lakin qarşılıq vermir. Reputasiya ilə bağlı narahatlıqlardan istifadə: Günahkarlıq və borc hissi yaradan jestlər etmək, qarşı tərəfi çətin vəziyyətə salmaq. Gələcək vədlərdən istifadə etmək: Yalan vədlər verməklə tez bir şey əldə etmək, sonra bu vədi yerinə yetirməmək. Bu cür manipulyasiya nəinki qeyri-sabit münasibətlər yaradır, həm də ahəngdar insanların etibar hissini zədələyir. Psixoloqlar yaxşı niyyətli insanları istismardan qoruyan üç əsas metodu tövsiyə edirlər:
1. İnsanlara dərhal etibar etmək əvəzinə, davranışlarını müşahidə etməyə çalışın: qarşı tərəf sizin verdiyiniz şeyə əhəmiyyət verirmi? Yoxsa o, yalnız almağa yönəlib? Əgər həmin şəxs sizə təşəkkür edirsə, münasibətinizi inkişaf etdirməyin heç bir zərəri yoxdur. Ancaq davamlı olaraq almağa çalışırsa, geri çəkilməkdə fayda var.
2. Gözləntiləri təyin edin: Bəzi insanlar verdikləri hədiyyələrlə sizi borclu hiss etdirməyə çalışa bilər. Bu da manipulyasiya formasıdır. Əgər özünüzü narahat hiss edirsinizsə və ya qarşılıq vermək istəmirsinizsə, veriləni qəbul etməyin.
3. Vədlərdə diqqətli olun: Bəzi insanlar uzunmüddətli perspektivdə sizə yaxşı şeylər vəd edərək sizdən bir şey almağa çalışa bilər. Bununla belə, bu cür vədlərin nə dərəcədə etibarlı olduğunu şübhə altına almaq vacibdir. Onlar keçmişdə vədlərinə əməl ediblərmi? Onların digər insanlarla münasibətləri necədir? Bu amilləri diqqətlə nəzərdən keçirin. Etibarlı görünmürlərsə, vədlərə etibar etmək əvəzinə konkret hərəkətlərə diqqət yetirin. Unutmayın ki, yaxşı niyyətli olmaq zəiflik deyil, fəzilətdir. Bununla belə, bu fəzilətdən istifadənin qarşısını almaq üçün məlumatlılıq və aydın sərhədlər vacibdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya
Hindistanın ən zəngin ştatında quraqlıq həyəcanı
22:54 26.09.2026
Ekologiya