Məzahir Pənahov MSK-nın Müstəqil Media Mərkəzinə baxış keçirib
Yusif Nəzərli
06:54 17.01.2024
Gündəm
489
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qarşıdan gələn seçkilərlə əlaqədar fəaliyyətə başlayan MSK-nın “Seçki-2024” Müstəqil Media Mərkəzində olub.
Komissiya üzvləri və Katibliyin təmsilçilərinin də iştirakı ilə Mərkəzə baxış keçirilib. MSK sədri yaradılmış şəraitlə yaxından tanış olaraq, yerli və beynəlxalq media nümayəndələrinin Prezident seçkiləri ilə bağlı sərbəst və asan məlumat əldə etmələrinin, seçki prosesinin digər iştirakçılarına da daha effektiv və keyfiyyətli xidmət göstərilməsinin zəruriliyini vurğulayıb və bu barədə öz tövsiyələrini bildirib.
Diqqətə çatdırılıb ki, Müstəqil Media Mərkəzinin yaradılmasında başlıca məqsəd seçkilərdə aşkarlığın və şəffaflığın yüksək səviyyədə təmin edilməsində mühüm rolu olan yerli və beynəlxalq media nümayəndələrinə daha geniş imkanlar təmin etməkdir. Mərkəz seçkiləri hərtərəfli, operativ və obyektiv işıqlandırmaqda, habelə məlumatları almaqda və dərhal ictimailəşdirməkdə onlara yardımçı olacaq. Media nümayəndələri müasir informasiya-kommunikasiya texnologiyaları və zəruri texniki avadanlıqlarla tam təchiz olunan Mərkəzdəki kompüterlər, telefon və faks aparatlarından, o cümlədən ödənişsiz internetdən sərbəst istifadə edə bilərlər.
Müstəqil Media Mərkəzinin internet səhifəsi (www.secki-2024.az) Azərbaycan, ingilis və rus dillərində müntəzəm olaraq seçkilərə dair ən son məlumatları təqdim edir. Seçki prosesi ilə bağlı müxtəlif məsələlər barədə səlahiyyətli şəxslərin və ekspertlərin rəyləri, habelə açıqlama və bəyanatlar dərhal ictimailəşdirilir, foto və video görüntülər yayılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol