Cənubi Qafqazdakı sülh prosesi Rusiyanın təsir dairəsindən çıxarılıb -Politoloq
12:18 19.08.2025
Cənubi Qafqaz
297
MDB-dən verilən bəzi açıqlamalar müəyyən qədər pozitiv məna daşısa da, əslində, bu, Rusiyanın Cənubi Qafqazdakı sülh prosesinə müdaxilə üçün yeni mexanizmlər axtardığını üzə çıxarır
MDB ümid edir ki, Vaşinqtonda Ermənistan və Azərbaycan arasında imzalanmış sənədlər sülh sazişi üçün əsas olacaq.
Bu barədə MDB-nin baş katibi Sergey Lebedev bildirib.
"Bir vaxtlar birlik ölkələrində biz hamımız Qırğızıstan və Tacikistan arasında dövlətlərarası sərhəd haqqında müqavilənin imzalanmasını məmnunluqla qəbul etdiyimiz kimi, indi də bu birgə bəyannamənin imzalanmasından çox məmnunuq. Hesab edirik ki, bu, Azərbaycanla Ermənistan arasında fikir ayrılıqlarının yekun həlli və sülh müqaviləsinin əldə olunması yolunda mərhələlərdən biridir", - deyə o vurğulayıb.
Lebedev əlavə edib ki, sülh sazişi bu respublikaların ərazisində MDB-nin ali orqanlarının daha tamhüquqlu iclaslarının keçirilməsinə imkan verəcək.
O, həmçinin qeyd edib ki, MDB ölkələrinin Hökumət Başçıları Şurasının iclası sentyabrın 29-da keçiriləcək.
Daha əvvəl MDB Hökumət Başçıları Şurasının sentyabrın 30-da Minskdə keçiriləcəyi bildirilmişdi. Gündəliyə 14 məsələnin və 25 sənəd layihəsinin, o cümlədən, MDB-nin 2026-2030-cu illər üçün iqtisadi inkişaf strategiyasının ikinci mərhələsinin həyata keçirilməsi planının daxil ediləcəyi gözlənilir.
Politoloq Elçin Xalidbəyli Sherg.az-a bildirib ki, MDB Rusiyanın təsir dairəsində olan, onun patronajlığı altında fəaliyyət göstərən bir qurumdur:
"SSRİ dağıldıqdan sonra Kreml, Rusiya imperiyasının keçmiş sərhədlərinin heç olmasa təxmini və formal şəkildə qorunması üçün MDB-ni yaratmışdı. Lakin sonradan bir çox dövlətlər müstəqil xarici siyasət yürütməyə başladılar.
Keçmiş SSRİ-yə daxil olmuş Baltik ölkələri Qərbə inteqrasiya edərək NATO-ya daxil oldular. Ukrayna da Qərbə yönəldi. Gürcüstan artıq MDB-də təmsil olunmur. Nəticədə MDB daha çox formal xarakter daşıyan, əsasən Rusiyanın geosiyasi maraqlarına xidmət edən bir alətə çevrildi. Hazırda MDB-nin postsovet məkanındakı təsiri real xarakter daşımır. Azərbaycan isə artıq Rusiya üçün əlçatmaz dövlətlər sırasında yer alır. Üstəlik, Bakının Ankara ilə strateji müttəfiqliyi var və Türkiyə NATO üzvüdür. Bu, olduqca mühüm faktdır. Son vaxtlar Orta Asiya dövlətlərində də Rusiyadan uzaqlaşma meyilləri güclənir. Ermənistan da Qərbə inteqrasiya xətti seçib. Buna görə həm Azərbaycan-Ermənistan sülh prosesinə, həm də ümumilikdə MDB-yə Rusiyanın patronajlığı altında hər hansı təsir imkanları qalmayıb".
Analitik əlavə edib ki, MDB-dən verilən bəzi açıqlamalar müəyyən qədər pozitiv məna daşısa da, əslində, bu, Rusiyanın Cənubi Qafqazdakı sülh prosesinə müdaxilə üçün yeni mexanizmlər axtardığını üzə çıxarır:
"Halbuki hazırda nə Rusiyanın, nə də MDB-nin Cənubi Qafqaz proseslərinə müdaxilə etməsinə ehtiyac yoxdur. Azərbaycan və Ermənistan artıq birbaşa ikitərəfli təmaslarla yekun sülh sazişinin mətni üzərində razılığa gəliblər. Bir müddət əvvəl isə Vaşinqtonda, Ağ Evdə ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə üçtərəfli bəyanat imzalanıb və yekun sülh sazişinin paraflanması barədə razılıq əldə olunub. Bu hadisə Cənubi Qafqazdakı geosiyasi, geoiqtisadi və geostrateji proseslərin yeni istiqamət alması deməkdir. Beləliklə, Cənubi Qafqazdakı sülh gündəmi nə Rusiyanın, nə də digər MDB dövlətlərinin iştirakı nəzərdə tutulmur. Əksinə, proses ABŞ-ın vasitəçiliyi ilə son mərhələyə yaxınlaşır. Paşinyan hakimiyyətinin davranışları göstərir ki, yaxın gələcəkdə Ermənistanda referendum keçiriləcək. Burada Ermənistan Konstitusiyasındakı Azərbaycana qarşı ərazi iddiaları ləğv olunacaq. Ardınca isə Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi imzalanacaq".
Elçin Xalidbəyli vurğulayıb ki, Zəngəzur dəhlizi — indiki terminlə “Tramp körpüsü” adlandırılan geoiqtisadi layihə reallaşdırılması ilə həm rəsmi İrəvan blokadadan çıxacaq, həm də Azərbaycan və Ermənistan üzərindən Avropa ilə Asiyanı birləşdirən strateji nəqliyyat-kommunikasiya xətti açılacaq:
"Odur ki, Cənubi Qafqazın yeni inkişaf mərhələsinə keçidinin şahidi oluruq. Nəticə etibarilə, Cənubi Qafqazdakı sülh prosesi artıq Rusiyanın təsir dairəsindən çıxarılıb. Bu, prosesin ən böyük uğurlarından biri hesab edilə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya