Ərdoğan: “Heç kim çıxıb bizə tarix dərsi verməsin, biz bu coğrafiyada ev sahibiyik”
12:25 18.09.2025
Gündəm
486
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İsrailin Qəzzaya hücumlarına və İsrailin Baş naziri Benyamin Netanyahunun “Qüds bizim şəhərimizdir” açıqlamasına reaksiya verib.
Sherg.az xəbər verir ki, Ankarada şəhid və qazilərin ailə üzvlərinin dövlət qurumlarına yerləşdirilməsi mərasimində çıxış edən Prezident Ərdoğan deyib:
“Biz bu coğrafiyada nə qonağıq, nə də işğalçıyıq. Biz bu coğrafiyada ev sahibiyik. Min ildir buradayıq, qiyamətə qədər də burada olacağıq. İndi biriləri çıxıb bizə söz atır, tarix dərsi keçməyə çalışır. Heç kim çıxıb bizə tarix dərsi verməsin”.
İsrailin Qəzzaya hücumlarına da reaksiya verən Ərdoğan deyib:
“Başında Qəzza qəssabı Netanyahu olan qətliam şəbəkəsi hər gün bir ölkəyə hücum edərək zülmdə və barbarlıqda sərhəd tanımır. 23 aydır bütün insanlığın gözləri önündə həyata keçirilən bu soyqırıma ən güclü reaksiya yenə türk xalqından və Türkiyə Cümhuriyyətindən yüksəlir. Bizə sataşanların iki-üç nəsil əvvəl gəldikləri torpaqlarda əsrlər boyu hökmranlıq etmişik, bütün cahana nizam vermişik, ədalətin qılıncı olmuşuq. Bölgəmizi sabitsizliyə məhkum etməyə yönəlmiş planlar, inşallah, baş tutmayacaq. İmperialist və siyonist qan tökücülər gizli niyyətlərinə çatmayacaqlar. Allahın izni ilə hər cür oyunu pozacaq, hər cür ssenarini cırıb atacaq qüdrətə, gücə, potensiala, həmçinin basirət və fərasətə malikik”.
“Şəhidlərin mənəvi kölgələri əsrlərdir olduğu kimi bu gün də bizə yoldaşlıq edir” - deyə Ərdoğan bildirib. “Şəhid və qazi ailələrini daim bağrımıza basmış bir millətik. Bu vətən bizə şəhidlərimizin əmanətidir” ifadələrini işlədib.
Prezident Ərdoğan bugünkü təyinatla birlikdə 55 min 947 şəhid ailə üzvü, qazi və qazi ailə üzvünün dövlət qurumlarında işlə təmin ediləcəyini deyib.
Ərdoğan qeyd edib: “Şəhidlərimizin məzarları, imperialistlərin muzdluğunu üzərinə götürən xəyanət və işğal ocaqlarına qarşı qazılmış bir səngərdir. O səngərlər aşılmadı, aşılmayacaq”.
Terrorun bütün növləri ilə ən təsirli şəkildə mübarizə apardıqlarını bildirən Ərdoğan deyib:
“Milli birlik və həmrəylik ruhumuza pusqu quranların planlarını birlikdə cırıb atdıq. Vətənimizə naməhrəm əllərin toxunmasına imkan vermədik. Çətin imtahanlardan keçdik. Birliyimizə pusqu quranların planlarını pozduq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət