Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzindən ÇAĞIRIŞ: "Mənşəyi bilinməyən..."
Yusif Nəzərli
07:30 06.04.2023
Mədəniyyət
422
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi mənşəyi bilinməyən mahnılarla bağlı çağırış edib.
"Mənşəyi bilinməyən top-reytinqli bayağı mahnıların intensiv şəkildə yayımlanması ilə “trend-mahnı” anlayışının qeyri-iradi qəbul olunması, milli mədəniyyətimizə yad, bayağı mahnıların insanlara gerçəklik kimi təqdim edilməsi artıq həyəcan təbilinin çalınmasını zəruri edir".
"Report" xəbər verir ki, bunu Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin aparıcı mütəxəssis Günel Hacıyeva mahnıların monitorinqinin nəticələri ilə bağlı keçirilən tədbirdə deyib.
Ticarət-kommersiya məqsədlərinə yönəldilmiş, arzuolunmaz əxlaqı, aşağı səviyyəli davranış tərzini reklam və diktə edən məqsədyönlü mahnılar insanların həyatına nüfuz etdikcə mənfi tendensiyaların təsirinin qaçılmaz olduğu vurğulanıb.
Aparıcı mütəxəssis Nazlıxanım Teyyubova ifa zamanı müxtəlif səslərin öz məxrəclərindən kənar səsləndirilməsinin, şəkilçilərin, mürəkkəb sözlərin yanlış tələffüz edilməsi və vurğunun yerində işlədilməməsinin adi hala çevrildiyini nəzərə çatdırıb.
Əyani nümunələr əsasında nitq faktlarını təhlil edən məruzəçi bildirib ki, mahnı mətnlərində sözlər əksər hallarda kontekstə uyğun seçilmir, hətta dilin frazeoloji qatını təşkil edən sabit söz birləşmələrinin tərkibi dəyişdirilməklə məna təhrif edilir.
Şəkilçilərin yanlış ixtisar edilməsi, qrammatik göstəricilərin yersiz şəkildə bir-birini əvəzləməsi, söz sırasının pozulması nəticəsində yaranan anlaşılmaz misralar mahnıların monitorinqi zamanı diqqətçəkən məqamlar kimi vurğulanıb.
Mahnılarında yol verilən üslub və ifadə səhvləri barədə də ətraflı məlumat verən çıxışçı mətnlərdə misraların qafiyələnməsinin ön plana keçməsi səbəbindən sözlərin semantik çalarlarından və dilimizin üslub imkanlarından yetərincə istifadə edilmədiyini, həmçinin mənəvi dəyərlərimizə zidd kobud söz və ifadələrə rast gəlindiyini təəssüf hissi ilə qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya