Ərdoğandan Səudiyyəyə dəstək...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman əl-Səudla telefon danışığı aparıb.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən Axar.az-a bildirilib ki, tərəflər regionda baş verən son hadisələri, o cümlədən Yəmən husilərinin Səudiyyə Ərəbistanına hücumlarını müzakirə ediblər.

Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə insanların həlak olması ilə əlaqədar kədərini ifadə edərək başsağlığı verir və husilərin hərəkətlərini qətiyyətlə pisləyir.

O, həmçinin qeyd edib ki, Ər-Riyadla həmrəylik bundan sonra da davam etdiriləcək və krallığın qarşılaşdığı çətinliklər tezliklə aradan qaldırılacaq.