Nazir müavini: “Gəncə və Bakının UNESCO-nun Dünya Kitab Paytaxtı elan olunması üçün işlər aparılır”
Yusif Nəzərli
08:19 20.04.2023
Mədəniyyət
626
“Gəncə və Bakı şəhərlərinin yaxın gələcəkdə UNESCO-nun Dünya Kitab Paytaxtı elan olunması üçün müvafiq işlər aparılır”.
“Report” xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova “Heydər Əliyev ili” çərçivəsində Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan - Türk torpaqları olan Zəngəzur həqiqətləri” mövzusunda konfransda deyib.
Qurum rəsmisinin sözlərinə görə, 26 il öncə UNESCO-nun təsis etdiyi 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü dünyanın 100-dən artıq ölkəsində qeyd olunur:
“Nizami Gəncəvi kimi dühasını dünyaya bəxş edən qədim Gəncə, eləcə də paytaxt Bakı zəngin kitab ənənələri ilə məşhurdur. Potensial şanslarını nəzərə alaraq, bu şəhərlərin yaxın gələcəkdə UNESCO-nun Dünya Kitab Paytaxtı elan olunması üçün müvafiq işlər aparılır”.
S.Yusifova edib ki, kitablar yarandığı gündən bilik daşıyıcı olub və bəşər tarixinin, mədəniyyətinin formalaşmasında müstəsna oynayıb:
“Azərbaycan xalqının əsrlər boyu yaratdığı rol intellektual məzmun və məhsullar Şərq intibahının ayrılmaz tərkib hissəsi olmaqla, bütün zamanlarda dünyada gedən tarixi proseslərə öz müsbət təsirini göstərib.
Azərbaycan xalqı qədim dövrlərə qədər gedib çıxan zəngin ədəbi irsə malikdir. Xalqımız Azərbaycan və dünya ədəbiyyatına Nizami Gəncəvi, Füzuli, Xətai, Vaqif, Natəvan, Səməd Vurğun kimi şəxsiyyətlər bəxş edib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya
Zəngəzur dəhlizi Turanın qapısını açacaq - Medihanur Arğalı
17:10 14.08.2026
Gündəm
Xocavənddə açıq ərazidə yanğın başlayıb
15:58 14.08.2026
Hadisə