“Soruşmurdular ki, sizin üçün nə edək?” - Rasim Balayev
Yusif Nəzərli
08:07 20.04.2023
Mədəniyyət
664
“Bir dəfə Prezident İlham Əliyev sənət adamlarını yığdı, sənət adamlarının dərd-səri ilə tanış oldu və onun nəticələri də oldu”.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Kinematoqrafçılar İttifqaının sədri, Xalq artisti Rasim Balayev Kino Forumunda bildirib.
R.Balayev bugünkü forumun təşkilatçılarına təşəkkür edib: “Azərbaycan kinosunun ağrıları, problemləri haqda danışacağıq. Gedənin ardınca danışmazlar. Amma bizi yığmırdılar ki, dərd-səriniz nədir? Soruşmurdular ki, sizin üçün nə edək? Şəfiqə Məmmədova Ulu Öndərin əməyini qeyd etdi. Təkrar etmək istəmirəm. Heydər Əliyevin bütün tarixi filmlərin çəkilişində əməyi var. Allah rəhmət eləsin. Bir neçə təklifimi var. Birincisi, mənə elə gəlir ki, “Azərbaycanfilm” dövlət dotasiyasında olmalıdır, özünə yol tapana qədər maliyyə yardımı almalıdır. Kino biznesinə qatılanadək maddi dəstək verilməlidir. İkincisi, o vaxt bizdə “debüt” var idi, gəncləri tanımaq üçün. Özlərini sübut edirdilər, sonra onlara daha böyük işlər həvalə edirdilər. “Debüt”ü canlandırmaq lazımdır”.
“Sovet birliyinin pis-yaxşı strukturu var idi, dağıldı getdi. 6 il ümumiyyətlə film çəkilmədi. 5-6 yaxşı rejissorumuz var. Amma bu azdır, onlar da yaşlanır. Mədəniyyət və İncəsənət Universitetinin üstünə kölgə salmaq istəmirəm. Əvvəl Moskva Dövlət Kinomatoqrafiya İnstitutunda bizə yer verirdilər. Mənə elə gəlir ki, aktyoru bizim rejissorlar düzəldə bilər. Amma əsas kinonun rejissoru, ssenarisidir. Təklif edirəm müsabiqə keçirilsin. İldə 1 dəfə hər sahə üzrə mütəxəssis ora göndərilsin. Bəlkə daha yaxşı yer var, ora göndərək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya
Zəngəzur dəhlizi Turanın qapısını açacaq - Medihanur Arğalı
17:10 14.08.2026
Gündəm
Xocavənddə açıq ərazidə yanğın başlayıb
15:58 14.08.2026
Hadisə