Teleserialların keyfiyyəti necədir? - MTRŞ sədrindən AÇIQLAMA
Yusif Nəzərli
11:30 06.01.2022
Mədəniyyət
443
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov Azərbaycanda çəkilən və efirdə yayımlanan teleserialların keyfiyyəti ilə bağlı məsələyə münasibət bildirib.
İ.Səttarov Trend-ə açıqlamasında qeyd edib ki, 2013-cü ildən bəri teleserial çəkilişinə dövlət tərəfindən vəsait ayrılmır:
“Dövlət tərəfindən vəsait 2012-ci və 2013-cü illərdə ayrıldı. Cəmiyyətdə elə başa düşürlər ki, dövlət pul ayırır, telekanallar keyfiyyətsiz seriallar çəkirlər. Telekanallar serialları öz vəsaitləri hesabına çəkirlər. Əlbəttə, bizim telekanalların çəkdiyi serialları türk, Avropa serialları ilə müqayisə etmək çətindir, çünki vəsaitləri azdır.
Ancaq son vaxtlar artıq bəzi kanallar nisbətən bahalı serialların çəkilişlərinə başlayıblar və onların da keyfiyyəti fərqlidir, xarici teleserialların keyfiyyəti ilə eyni olmasa da, nisbətən həmin səviyyəyə yaxınlaşır. Əsas odur ki, artıq serial sənayesi yaranıb, prodakşnlar, telekanallar seriallar çəkirlər. Təbii ki, serialların keyfiyyətlisi də, keyfiyyətsizi də var. Ancaq ümumi tendensiya yaxşıdır, yaxşılaşmağa doğru gedir. Bu, uzun vaxt və vəsait tələb edən bir prosesdir”, - deyə İ.Səttarov vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-la İsrailin hücumlarının əsl məqsədi aydınlaşır - Bəqai
00:04 29.03.2026
Region
ÜST: Livanda həlak olan səhiyyə işçilərinin sayı 50-ni keçib
23:42 28.03.2026
Dünya
İranın zərbəsi nəticəsində Amerika təyyarələri sıradan çıxıb
23:17 28.03.2026
Dünya
Göyərtəsində ABŞ dəniz piyadalarının olduğu gəmi Yaxın Şərqə çatıb
21:33 28.03.2026
Dünya
AFFA-nın daha yeddi liqasında oyunlar təxirə salındı
20:53 28.03.2026
Futbol
Bərzanin evi dron hücumuna məruz qalıb
20:39 28.03.2026
Dünya
Haaqada İrana dəstək aksiyasl keçirildi
20:12 28.03.2026
Dünya
Pezeşkian ABŞ-nin vədlərinə inanmır
19:20 28.03.2026
Gündəm
Mingəçevir su anbarında itkin düşən şəxslər tapıldı
18:53 28.03.2026
Hadisə
DİN: Vətəndaşlara yerində köməklik göstərilir
18:40 28.03.2026
Aktual
FHN su basmış ərazilərdən 84 nəfəri təxliyə edib
18:28 28.03.2026
Hadisə
Əgər nüvə silahı Zelenskinin əlinə keçərsə... - Zaxarova
17:37 28.03.2026
Dünya
Şimali Kiprin Baş naziri Azərbaycana səfər edəcək
17:21 28.03.2026
Siyasət
Azərbaycanda 1 əsrlik rekord qırıldı
17:14 28.03.2026
Ekologiya