XATİRƏ: “Azərpaşa Nemətov tamaşanı izləyirdi, aktyorları alqışlayırdı”
XATİRƏ: “Azərpaşa Nemətov tamaşanı izləyirdi, aktyorları alqışlayırdı”
Yusif Nəzərli
11:34 10.04.2023
Mədəniyyət
635
Xalq artisti Nurəddin Mehdixanlı Azərpaşa Nemətovla Azərbaycan Akademik Milli Dram Teatrında keçirilən vida mərasimində çıxış edib.
“Sherg.az” xəbər verir ki, aktyor çıxışında bu sözləri deyib:
“Azərbaycan mədəniyyətinin böyük nümayəndəsi ilə vidalaşırıq. Düşünürəm ki, bu, bizim Azərpaşa Nemətovla son görüşümüz deyil. Çünki bundan sonra da onun quruluş verdiyi tamaşalarda oynayıb, onu xatırlayacağıq. Onun hazırladığı tamaşalar oynanıldıqca da xatırlanacaq. Mənim onunla ilk tanışlığım Rüstəm İbrahimbəyovun bir əsərində oynadığım tamaşada olub. Firəngiz Mütəllimova ilə sözsüz bir rolum var idi. İki gün bundan əvvəl onun quruluş verdiyi “Cəhənnəm sakinləri” tamaşasında rol oynayırdım, Azərpaşa müəllim də adəti üzrə locada əyləşmişdi. Sona qədər tamaşanı izləyirdi, sonda isə ayaqüstə aktyorları alqışlayırdı. Sözsüz bir rolla başlayan yaradıcılıq yolumuz teatr səhnəsində onunla bərabər böyük rolların ifaçısına çevirdi. O çox istedadlı, fərqli düşünən, fərqli oxumağı bacaran rejissor idi. O, aktyoru ağır yükün altında qoymadan istədiyinə nail olurdu. Çalışdığı bütün teatrlarda çox maraqlı tamaşalar səhnələşdirirdi. Düşünürəm ki, dünyanı tərk edib gedənlər özlərindən sonra əməllərini qoyurlar. Bu qədər nəhəng insanların biz tərk etməsi qalanlara örnək, görk olmalıdır. Həyat, yaşamaq,yaratmaq varkən gücümüzü, enerjimizi sənətə sərf edək. Özümüzdən sonra xatırlanacaq, alqışlanacaq işlər qoyaq. Azərbaycan peşəkar teatrının 150 yaşı var. Biz dünyanın teatr mədəniyyətinin dəyərli bir parçasıyıq. Azərbaycan tamaşaçısı Azərpaşa Nemətovu böyük sevgi ilə xatırlayacaq. Kollektiv də həmçinin. Bizim burda gözəl günlərimiz, uğurlu tamaşalarımız olub”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya