Azərbaycana idxal edilən kərə yağının qiyməti 9.5 manata enib
Azərbaycana idxal edilən kərə yağının qiyməti 9.5 manata enib
10:19 02.02.2024
Cəmiyyət
847
2023-cü il ərzində Azərbaycana 92 milyon 416 min dollar dəyərində 16 min 596 ton kərə yağı idxal edilib.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici 2022-ci illə müqayisədə dəyər baxımından 14.6% və ya 15.7 milyon dollar, həcm baxımından isə 10.6% və ya 1 966 ton azalıb. Belə ki, 2022-ci il ərzində Azərbaycana 108 milyon 181 min dollar dəyərində 18 min 562 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
Ötən il ölkəyə gətirilən kərə yağının bir kiloqramının orta idxal qiyməti 9.5 manat təşkil edib. Bu göstərici əvvəlki ildə 9.9 manat idi. Azərbaycan kərə yağını ötən il Yeni Zelandiyadan 10.5 manata, Almaniyadan 11 manata, Finlandiyadan 11.6 manata, İrandan isə 7.3 manata idxal edib.
Dövlət Statistika Komitəsinin hesabatına əsasən 2023-cü il ərzində ölkədə 27 min 22 ton kərə yağı istehsal edilib. Bu göstərici əvvəlki illə müqayisədə 4.4% çoxdur.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda kərə yağı istehsalı idxaldan 62.8% çox olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya
Paşinyan iddialı danışdı: Bu qərarı mən yox, xalq verəcək
14:07 27.05.2026
Cənubi Qafqaz
Əli Baqiri: İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlar aparır
13:43 27.05.2026
Region