
İkinci cəhd imtahanlarının asan olacağı ehtimalı yüksəkdir -Ekspertdən MÜJDƏ
09:00 19.06.2025
Elm və Təhsil
707
“Bu il imtahan sualları keçənilkindən çətin idi, keçid balları qalxmaya bilər”
«Ötənilki keçid balı ilə müqayisədə bu il III qrupda bəzi ixtisaslarda keçid balları 3-5 bal arta bilər». Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə AzTV-nin "Hədəf" verilişində deyib. Onun sözlərinə görə, II ixtisas qrupunda bu vəziyyət görünmür:"I və IV ixtisas qrupunda da düşünürük ki, ballar ötənilki səviyyədə olsun. Ümumilikdə, ərizə verənlərin sayından yox, bütün imtahan nəticələrindən sonra müqayisə edilə bilər ki, müsabiqəyə kim buraxılsın. Müsabiqəyə buraxılanlar isə yalnız 200 baldan, ya da müəyyən istiqamətlər üzrə 150 baldan yuxarı nəticə göstərən şəxslərdir". M.Abbaszadə əlavə edib ki, bu il 1000-dən çox şəxs 600-dən yuxarı bal toplayıb.
DİM sədrinin fikirlərini şərh edən təhsil eksperti Ramin Nurəliyev Sherg.az-a açıqlamasında buraxılış və blok imtahanlarının birinci cəhdinin nəticəsinə əsaslanaraq keçid ballarının qalxacağını ehtimal etmədiyini deyib:

“Keçid balları adətən sualların asan olduğu hallarda yüksəlir. Bu il keçirilən buraxılış imtahanları isə keçən illə müqayisədə asan deyildi, əksinə, bir qədər çətin idi. Eyni fikri blok imtahanlarının birinci cəhdi barədə də demək olar. Xüsusilə II və III ixtisas qruplarında tarix fənnindən verilən sualların çətinliyi abituriyentlər tərəfindən də açıq şəkildə hiss olundu.
Ümumiyyətlə, imtahan sualları çətin olduqda, nəticələr aşağı düşür və bu, keçid ballarına da təsir edir. Əgər Məleykə xanımın dediyi kimi, III qrup üzrə bəzi ixtisaslarda keçid balları 3-5 bal artacaqsa, bu, yalnız o halda mümkündür ki, ikinci cəhd imtahanlarında suallar birincidən asan olsun. Deməli, DİM sədrinin bu açıqlaması dolayı şəkildə ikinci cəhd imtahanının daha asan olacağına işarədir. Əks halda, suallar çətin olarsa, keçid ballarının yüksəlməsi məntiqə uyğun deyil. I ixtisas qrupuna gəlincə, DİM sədri riyaziyyat fənninin ötən illərlə müqayisədə daha çətin olduğunu bildirib. Əgər ikinci cəhd imtahanında da riyaziyyat sualları bu səviyyədə çətin olarsa, bu halda I qrup üzrə keçid ballarının aşağı düşməsi gözləniləndir. Bütün bu fikirlər mənim şəxsi təhlilimə əsaslanır. Lakin bir məsələni unutmaq olmaz ki, imtahan prosesi və keçid balları nəticədə dövlətin təsdiq etdiyi plan yerlərinə uyğun formalaşacaq. Keçən il 58 min plan yeri ayrılmışdısa, bu il bu rəqəm 60 500-ə çatdırılıb. Bu isə o deməkdir ki, plan yerlərinin dolması üçün minimum 65-70 min abituriyentin müsabiqə şərtlərinə cavab verib müsabiqəyə buraxılması vacibdir. Əgər ikinci cəhd imtahan sualları da çətin olarsa və nəticələr zəif çıxarsa, bu qədər plan yerinin dolması real görünmür. Bu isə ikinci cəhdin daha yüngül tərtib olunacağı ehtimalını bir qədər də gücləndirir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
iPhone 18 Pro Max-in qiyməti ilə bağlı iddialar gündəmdə
21:35 04.08.2026
Texnologiya
Putin qanunu imzaladı: Xarici ticarətdə yeni mərhələ
21:32 04.08.2026
İqtisadiyyat
Suriya Rusiyadan neft idxalını azaltmağa hazırlaşır
21:22 04.08.2026
Dünya
Türkiyədə tanınmış teleaparıcı həbs edildi
21:13 04.08.2026
Dünya
Mingəçevirdə 14 yaşlı yeniyetmə kanalda batıb
21:00 04.08.2026
Hadisə
Türkiyədə gözlənilən qanun imzalandı
20:47 04.08.2026
Dünya
Bakıda daha bir evdən qadın meyiti tapıldı
20:35 04.08.2026
Hadisə
Yəmən donanması Hindistan gəmisinin heyətini xilas etdi
20:17 04.08.2026
Dünya
Dəfn pulu ilə bağlı rəsmi açıqlama
20:09 04.08.2026
Sosial
Zelenski: Ukrayna Avropa İttifaqına tamhüquqlu üzv olmağa çalışır
19:40 04.08.2026
Dünya
"Qanunsuz miqrantlarla bağlı üç əsas ssenari var" - Deputat
19:33 04.08.2026
Aktual
Baxçalı "Çərçivə qanun" təklifini imzaladı
19:00 04.08.2026
Gündəm
ABŞ “Tramp marşrutu” üçün maliyyəni iki dəfə artırdı
18:32 04.08.2026
Gündəm
ABŞ Rusiya MN-in bir sıra strukturlarına sanksiya tətbiq edib
18:17 04.08.2026
Gündəm