Akif Aşırlı Həsən bəy Zərdabinin oğlu Səfvət bəyin məzarını tapıb: "Qəbir çökür..." - FOTOLAR
14:08 06.11.2022
Media
1448
"Bir neçə ildir, axtarışında olduğum milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin oğlu Səfvət bəyin məzarını tapdım".
Bu barədə "Sherg.az" "Şərq" qəzetinin baş redaktoru, araşdırmaçı jurnalist, tarix üzrə fəslsəfə doktoru Akif Aşırlı bildirib. Baş yazar qeyd edib ki, Səfvət bəy Məlik Zərdabi Həsən bəyin 3 - cü övladıdır, Qəribsoltan xanımdan öncə doğulub:
"1917 - ci ilə qədər Riqa Politexnik universitetində oxuyub, sonra təhsilini Almaniyada alıb, yüksək ixtisaslı mühəndis olub. Mühədis olmasına baxmayaraq, atasının yaradıcılığını davam etdirib. Səfvət Zərdabi 1952 - ci ildə Ankarada Azərbaycan Milliyyətçilər dərnəyinin qurucularından olub, Azərbaycanın müstəqilliyinin bərpası uğrunda mücahiddir.
Azərbaycan mühacirət mətbuatının ən yaxşı nümunələrindən olan "Mücahid " dərgisinin naşiri, baş yazarı, "Türk izi" dərgisinin əsas yazarlarından olub, qələmi yerə qoymayıb. Azərbaycan həsrətilə yaşayıb. Məzarı bilinmirdi.
Bir neçə il öncə Səfvət bəylə bağlı geniş araşdırmamı " Həsən bəy Zərdabinin varisi " kitabımda umumiləşdirə bildim. Ölüm tarixini dəqiqləşdirə bilsəm də, harda dəfn olunduğu bilinmirdi. Bəzi mülahizələrə görə , Səfvət bəyin ömrünün sonlarına yaxın Almaniyaya köçdüyü ehtimal olunurdu.Məzar yerini İndi tapdım.Qəbri Ankaranın Karşıyaka məzarlığındadır. Həyat yoldaşı Nəzihə xanımın məzarı ilə qoşadır. Təəssüf ki, Səfvət bəyin baş daşı qırılmış, sinə daşını əvəzləyən daşlar parçalammış vəziyyətdədir. Qəbir çökür. Üzərində "Azərbaycan əşrəflərindən olan Həsən bəy və Hənifə xanımın oğlu Səfvət Məlik Zərdabi Ruhuna fatihə, 1898 - 1976 " yazılıb. Məzarın illərlə baxımsız qaldığı aydın görünür. Nə yaxşı ki , məzarlıq məmurları, ətrafda çalışan ustalar köməyimə çatdı.
Rasim Yardımsevər adlı qardaşımızla birgə baş daşını bərpa edə bildik , kiçik bir təmir işi apardıq. Səfvət bəyin adını qara boya ilə yenidən bərpa etdik.
Amma bununla yekunlaşdırmaq olmaz. Unutmağa mənəvi haqqımız şatmır. Həsən bəyin mətbu yolunu davam etdirən, ömrünü Azərbaycanın İstiqlalının bərpasına həsr edən Səfvət bəyin adı layiq olduğu qədər qiymətləndirilməlidir. Bizim mənəvi atamız Həsən bəy Zərdabinin də ruhu şad olar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat