İnternet televiziyalarının taleyi müəmmalıdır
Fidan Həmişəyeva
08:13 09.09.2021
Media
718
Ələsgər Məmmədli: "Kimin maliyyəsi varsa, investisiya qoyub internet televiziyasını daha yaxşı formada inkişaf etdirə bilər"
Milli Televiziya və Radio Şurası (MTRŞ) “Media haqqında” qanun layihəsində televiziya və radio yayımına dair bəzi yenilikləri açıqlamışdı. Qanun layihəsində internet televiziya kanallarının lisenziyalaşdırılması üçün sadələşdirilmiş sistem nəzərdə tutulub.
MTRŞ yetkilisi isə bunun üçün sadəcə olaraq qanunda müəyyən edilmiş tələblərə cavab vermək və MTRŞ-yə müraciət etmək lazım olacağını bildirmişdi. Media subyektləri üçün təsbit olunan ümumi tələblərdən başqa, internet televiziya kanalları üçün spesifik iki tələb müəyyən olunub. Birinci tələb odur ki, kanalın özünün saytı olmalı və həmin saytdan yayım aparmalıdır.
İkinci tələb isə bu yayımın gün ərzində minimum müəyyən saat olmasıdır. İlkin olaraq 8 saat nəzərə almışdıq, lakin bir sıra populyar internet kanalların rəhbərləri ilə məsləhətləşmələrdən sonra bunun 6 saata salınması üçün qanun layihəsində dəyişiklik olunması ilə bağlı təklif verəcəyik. Təbii ki, bu tələbin də artıq olması barədə fikirlər olacaq. Lakin bilməliyik ki, həftədə 1-2 dəfə bir neçə saatlıq efirə çıxaraq videoblogginqlə məşğul olmaq audiovizual media fəaliyyəti ilə məşğul olmaq kimi qəbul edilə bilməz”.
Məsələni “Şərq”ə dəyərləndirən media hüququ üzrə ekspert Ələsgər Məmmədli vurğulayıb ki, internet televiziyalarının istər maliyyə məsələsi, istərsə də fəaliyyətinin tənzimlənməsi dövlətin işi deyil:
“İnternet televiziyası lisenziyasız və sərbəst fəaliyyətlə məşğul olmağa imkan verir. Eyni zamanda kimin maliyyəsi varsa, investisiya qoyub internet televiziyasını daha yaxşı formada inkişaf etdirə bilər. Bu baxımdan MTRŞ ilkin araşdırmalar apardı və bildirdi ki, lisenziya almaq istəyən onlayn televiziyalardan müəyyən mənada bəlli şərtlər tələb olunması mümkündür. Ancaq bununla bağlı qanunvericilikdə şərt yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xəzər dənizi geri çəkilir - Problemlər getdikcə artır
15:56 13.08.2026
Ekologiya
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm
Abbas Əraqçi: ABŞ Hörmüz və İranla bağlı böyük səhvə yol verdi
13:19 13.08.2026
Gündəm
Ukrayna XİN Lukaşenko ilə görüşü istisna etmir
13:16 13.08.2026
Dünya
Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib
13:13 13.08.2026
Gündəm