İnterneti dolduran yeni təhlükə: “AI slop” nədir?
00:20 20.09.2025
Texnologiya
768
Mütəxəssislərin “AI slop” adlandırdığı proses əslində daha keyfiyyətli və faydalı məzmunu görünməz edir.
Sherg.az xəbər verir ki, sosial mediada yayılan fotoların həqiqi olub-olmadığını, yoxsa süni intellekt məhsulu olduğunu müəyyənləşdirmək getdikcə çətinləşir. Məsələn, sel fəlakətində itini qucaqlayan kiçik qızın fotosu bir çox istifadəçi tərəfindən gerçək hesab edilmişdi.
Mütəxəssislər artıq bu cür məzmunu “AI slop” (süni intellekt axını) adlandırırlar. Bu termin süni intellekt alətləri ilə tez və asan şəkildə istehsal olunan - aşağı və ya orta keyfiyyətli videoları, təsvirləri, səsləri, mətnləri və ya bunların qarışığını ifadə edir. Bu məzmunlar çox zaman doğruluq qayğısı güdülmədən hazırlanır və sosial mediada paylaşılmasının məqsədi də internetin diqqət iqtisadiyyatından pul qazanmaq olur. Ancaq bu proses əslində daha keyfiyyətli və faydalı məzmunu görünməz edir.
“The Guardian”-ın 2025-ci ilin iyulunda dərc etdiyi analizə görə, YouTube-dakı ən sürətli böyüyən 100 kanaldan 9-u süni intellektlə istehsal olunmuş “zombi futbolu” videoları və ya “pişik serialları” kimi məzmunlar yayımlayır. Spotify-da isə “The Velvet Sundown” kimi tamamilə uydurma qruplar, saxta hekayələr və adi mahnılarla dinləyicilərin qarşısına çıxır. Əslində hamısı süni intellekt məhsuludur. Eyni vəziyyət ədəbiyyatda da görünür. İstifadəçi göndərişlərini qəbul edən və yazarlara ödəniş edən Clarkesworld adlı onlayn elmi-fantastika jurnalı 2024-cü ildə müraciətləri bağlamaq məcburiyyətində qaldı; çünki jurnalın aldığı mətnlərin böyük hissəsi süni intellekt tərəfindən hazırlanmışdı. Hətta Wikipedia belə bu vəziyyətdən əziyyət çəkir. Keyfiyyətsiz süni intellekt məzmunu platformanın könüllü moderasiya sistemini çətinləşdirir. Əgər bu məzmunlar ayıklanmasa, milyonlarla insanın müraciət etdiyi etibarlı bir məlumat mənbəyi risk altına düşəcək.
“AI slop” təkcə aşağı keyfiyyətlə məhdudlaşmır, həm də yanıltıcı məzmunların yayılmasına yol açır. Məsələn, “Hurricane Helene” zamanı Prezident Co Baydenin böhran idarəçiliyini tənqid edənlər süni intellektlə hazırlanmış qız uşağı və it təsvirini sübut kimi paylaşmışdılar. Bu, sənətçilər üçün də böyük bir təhdiddir. Həqiqi yaradıcıların zəhmət verdiyi məzmunlar alqoritmlər tərəfindən eyni səbətə atılır və AI slop-un kölgəsində itir. Bu da iş və gəlir itkilərinə səbəb olur. Bəzi platformalar istifadəçilərə şübhəli məzmunları işarələməyə və ya icma qeydləri əlavə etməyə icazə verir. Zərərli məzmun isə birbaşa şikayət edilə bilir.
“The Conversation”un yazarı Laura Hood mövzu ilə bağlı qələmə aldığı bir məqalədə belə deyir:
“Süni intellekt, saxta hesablardan dərin saxta (deepfake) videolara qədər bir çox təhdidlə artıq həyatımıza girmişdi. İndi də qarşımıza interneti zibilliyə çevirən yeni bir anlayış çıxdı” – deyə əlavə edir: “Heç olmasa artıq bu aşağı keyfiyyətli məzmun selini ifadə edəcək aydın bir adımız var.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi