3+3 formatında görüşlərin Bakı və İrəvanda təşkili sülh prosesinə ciddi təkan verəcək -ŞƏRH
10:16 28.10.2025
Aktual
432
"3+3" platformasının iclası ya Ermənistanda, ya da Azərbaycanda keçiriləcək.
Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
"Biz nazirlərin növbəti görüşünün keçirilmə qaydasını Azərbaycan tərəfi ilə müzakirə edirik", deyən nazirin sözlərinə görə, "3+3" formatı qonşu ölkələrlə münasibətlərin inkişafı kontekstində Ermənistan üçün vacibdir.
Qeyd edək ki, əvvəlki üç görüş Moskva, Tehran və İstanbulda keçirilib.
Xatırladaq ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən və region dövlətləri (Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, İran, Rusiya) arasında əlaqələri sıxlaşdırmağı nəzərdə tutan “3+3” formatında sonuncu görüş 2024-cü il oktyabrın 18-də keçirilib.
Politoloq Zeynal Əmrəliyev Sherg.az-a deyib ki, 3+3 formatında görüşün Azərbaycan və ya Ermənistan ərazisində keçirilməsi mümkündür:
"Hazırkı mərhələdə hər iki tərəfin qarşılıqlı səfərləri-Azərbaycanın xarici işlər nazirinin Ermənistana, yaxud Ermənistanın xarici işlər nazirinin Azərbaycana səfəri tamamilə real görünür. Əgər həm Bakı, həm də İrəvan razılıq əldə etsə, bu dəfə görüşlər ardıcıl şəkildə -əvvəl Bakıda, sonra isə İrəvanda (və ya əksinə) keçirilə bilər. Belə görüşlərin məhz Azərbaycan və Ermənistan ərazisində təşkili həm müsbət siyasi mənanı özündə daşıyır, həm də iki ölkə arasında sülh prosesinə dəstək verə biləcək mühüm addım ola bilər. İki ölkə arasında münasibətlərin normallaşdırılmasında əsas məsələ etimad mühitinin yaradılmasıdır. Əgər etimad mühiti formalaşarsa, digər məsələlərin həlli də zamanla mümkün olacaq. Bu baxımdan, 3+3 formatında görüşlərin Bakı və İrəvanda keçirilməsi də bu istiqamətdə əhəmiyyətli addım hesab oluna bilər. Belə görüşlərin hər iki paytaxtda təşkili həm Azərbaycan-Ermənistan sülh prosesinə ciddi təkan verəcək, həm də regionda yeni geosiyasi reallıqların formalaşdığının mühüm göstəricisi olacaq".
Analitik qeyd edib ki, son dövrlərdə Azərbaycan artıq Ermənistana tranzit məhdudiyyətlərinin bir qismini aradan qaldırıb:
"Eyni zamanda, Ermənistan tərəfindən də analoji addımların atıldığı müşahidə olunur. Belə iqtisadi yönümlü qərarların qəbul edilməsi ilə yanaşı, diplomatik müstəvidə də bu cür təşəbbüslərin davam etdirilməsi iki dövlət arasında sülhün əldə olunmasına xidmət edən mühüm addımlar kimi qiymətləndirilə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya