Gürcüstan milli rəqsi Avropada təhqir olunub, gürcülər etiraz edir
13:44 20.02.2022
Mədəniyyət
831
Niderlandda teatrlardan birində Gürcüstanın milli “Svanuri” rəqsi yeni quruluşda təqdim olunub.
Sherg.az "24News.ge"a istinadən xəbər verir ki, rəqs nömrəsində ənənəvi gürcü geyimlərində olan rəqqaslarla birgə çəhrayı balerina paltarında kişi də çıxış edib.
Rəqsin yer aldığı videokadrlar sosial şəbəkədə yayılandan sonra Gürcüstanda qalmaqal yaranıb. Gürcülər nömrəni Gürcüstan mədəniyyətinə qarşı hörmətsizlik və cinayət kimi qiymətləndiriblər. Svaneti bölgəsinin sakinləri də rəqsin interpretasiyasından hiddətlənərək Amsterdam teatrının Gürcüstanı təhqir etdiyini bildiriblər.
Gürcüstanın Mədəniyyət Nazirliyi məsələ ilə bağlı yaydığı xüsusi bəyanatda “Svanuri” rəqsinə qarşı qəsdi qəbuledilməz hesab edib. Qeyd olunub ki, böyük rezonansa baxmayaraq, hər hansı tədbir görmək və yaxud sanksiya tətbiq etmək mümkün deyil.
Qurumdan bildirilib ki, yalnız qeyri-maddi mədəni irs statusuna malik rəqslər dövlət tərəfindən qorunur. Mövcud mühafizə mexanizmləri kifayət etmədiyindən bu yaxınlarda qeyri-maddi mədəni irs üzrə şuranın yeni tərkibinin formalaşdırıldığı vurğulanıb.
Qeyd edək ki, “Svanuri”ni yalnız kişilər ifa edir. Dağlıq Svaneti bölgəsinə aid rəqs kişilərin döyüşə hazırlığını ifadə edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə piyadanı avtomobil vuraraq öldürüb
21:16 18.11.2026
Hadisə
Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan
21:04 18.11.2026
Cənubi Qafqaz
Milli Məclisin sədri Türkmənistana işgüzar səfərə gedib
20:52 18.11.2026
Siyasət
Paşinyanın ən çətin sınağı başlayır - Elçin Alıoğlu
20:31 18.11.2026
Gündəm
Putinlə Tramp arasında APEC sammitində danışıq baş tutmayıb
20:10 18.11.2026
Siyasət
ÜST-dən SOS - 6 addım 1,6 milyon insanın həyatını xilas edə bilər
19:58 18.11.2026
Aktual
Xosep Qvardiola Səudiyyə Ərəbistanında işləməkdən imtina edib
19:50 18.11.2026
Futbol
Lemmidən çağırış: Yenidən AB üzvü olmalıyıq!
19:42 18.11.2026
Dünya
ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsini vurdu
19:28 18.11.2026
Gündəm
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:09 18.11.2026
Dünya