
Lirə dollara uduzur: Türkiyə iqtisadiyyatında nə baş verir?
Yusif Sultanoğlu
10:41 11.01.2024
Dünya
538
Türkiyənin milli valyutası tarixi minimumunu yeniləyib.
Hazırda bir dollar 30,01 lirə, avro isə 32,95 lirəyədir.
Qeyd edək ki, Türkiyə Mərkəzi Bankı 2023-cü il 21 dekabrda uçot dərəcəsini 40%-dən 42,5%-ə qaldırıb.
Türkiyədə uçot dərəcəsinin yüksəldilməsinə baxmayaraq lirənin dollar qarşısında dəyər itirməsinin davam etməsinin səbəbləri barədə "Sherg.az"a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini artırması türk lirəsinin kəskin ucuzlaşmasının qarşısını alıb:
"Əgər faiz artımları olmasa idi dollar türk lirəsi qarşısında hazırkindən 25-30% daha baha olardı. Türk Mərkəzi Bankının əsas məqsədi ən azından məzənnəni müəyyən səviyyədə sabit saxlamaqdır. Əsas hədəf uzun müddət 30-35 dollar intervalında valyuta tarazlığı yaratmaqdır".

Ekspert məzənnənin ucuzlaşması ilə paralel tez-tez dəyişməsinin də iqtisadiyyata mənfi təsir göstərdiyini vurğulayıb:
"İndi iş adamları türk lirəsi ilə müqavilələr bağlayarkən problemlərlə üzləşirlər. Ona görədə bu ilin əsas hədəfi məzənnə sabitliyi yaratmaqdır. Bunun üçün Türkiyədə uzun müddət faiz dərəcələrini yüksək səviyyədə saxlayacaqlar. Lakin sözügedən prosesin də fəsadları var. Belə ki, kredit faizləri çox yüksəlir. Hazırda Türkiyədə istehlak kreditləri 50%- dən yuxarıdır və tarixi maksimumunu yaşayır. Buda iqtisadiyyatın qarşısını kəsən faktor ola bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm