Paytaxtı köçürməyə dəyərmi? - AKTUAL
11:36 24.09.2024
Gündəm
383
"İndi bu müzakirələr ona görə aktuallaşıb ki, tıxaclardan, paytaxtın hədsiz yüklənməsindən, funksiyaların bölgüsündə digər iri şəhərlərə faktiki heç nə verilməməsindən haqlı narazılıq var"
"Paytaxtın köçürülməsi ilə bağlı söz- söhbət az qala Bakı paytaxt elan ediləndən bəri davam edir.
Əvvəllər pisniyyətli olub bu müzakirələr. Bakının və Azərbaycanın fərqli mədəni- iqtisadi məkanlar olması haqda Stalin tezisinin müdafiəçiləri tərəfindən aparılıb. Bütün azərbaycanlılar “irayonlu”, 1930-cu illərə qədər paytaxtda yaşayan fərqli millətlərin nəslindən olanlarsa “bakinets” sayılırdı. Son hədəf Bakını Azərbaycandan qoparmaq idi. Alınmadı, bacarmadılar. Hərçənd bakinets ədası bəzilərinin, deyəsən, ruhuna çöküb".
Sherg.az xəbər verir ki, bu sözləri politoloq Cəmaləddin Quliyev deyib. Onun sözlərinə görə 1960 - cı illərdən sonra bu müzakirələrdə xoş niyyət də var idi. Nəqliyyatın, texnikanın çox da inşkişaf etmədiyi o dövr üçün paytaxtın mərkəzi bölgələrdən birinə köçürülməsi təssərrüfat əhəmiyyətli addım olar, II milyonçu şəhərin yaranmasına, əhalinin proposional paylanmasına, urbanizasiyanın daha ağrısız getməsinə kömək edərdi:
"Bəs indi necə? İndi bu müzakirələr ona görə aktuallaşıb ki, tıxaclardan, paytaxtın hədsiz yüklənməsindən, funksiyaların bölgüsündə digər iri şəhərlərə faktiki heç nə verilməməsindən haqlı narazılıq var.
Ancaq buna görə paytaxtı köçürməyə dəyərmi? Təsəvvür edin ki:
Sanatoriyaların çoxu iqlimi sağlamlığa faydalı bölgələrə-Şamaxıya, Qaxa, Şahbuza, Şuşaya, Yardımlıya, Kəlbəcərə və s. köçürülüb;
Texniki təhsil verən ali məktəblərin əsas hissəsi Sumqayıt və Ələtə, özəl ali məktəblərin çoxu bölgələrə, xüsusi orta məktəblər şəhər kışənarına, tədqiqat institutlarının bir hissəsi bölgələrə köçürülüb;
"Geridə qalmış" ərəb ölkələrində olduğu kimi bizdə də Formula yarışları şəhərdən kənarda xüsusi olaraq inşa edilmiş avtodramlarda keçilir;
Beynəlxalq tədbirlərin Şuşada, Qəbələdə, Naxçıvanda və digər şəhərlərdə keçirilməsi tendensiyası davam edir;
"Geridə qalmış" Özbəkistanda və Mərakeşdə olduğu kimi ölkənin bütün iri şəhərlərini birləşdirən sürət qatarı (saatda 300 km sürətlə) işləyir;
Ankarada olduğu kimi metrostansiyaların sayı 50 dən çoxdur;
İstanbulda olduğu kimi dəniz bərələri sərnişindaşımada iştirak edir;
La-Pasda, Tiflisdə olduğu kimi kanat yollar da var;
Əhali, nəhayət ki, velosipeddən kütləvi istifadə edir;
Bakının amfiteatr tipli olması nəzərə alınıb, bir yox, onlarla Qırx pilləkən, funikulyor var- bəzək üçün yox, onlar da nəqliyyatın bir hissəsidir;
Bələdiyyələr qolların çirmələyib köhnə, söküntüyə gedəcək birmərtəbə həyət evlərinin yerində çoxsaylı, münasib qiymətli dayancaqlar yaradıblar;
Qəbələ hava limanı alternativ xidmət göstərir;
Bakı dəniz limanı funksiyasını əsasən Ələtə ötürüb".
C. Quliyev bildirir ki, 1930- cu ilərdə bəzi teatrlar bölgələrə köçürüldüyü kimi indi də bəzi telekanallar bölgələrə köçür və s. və ilaxır.
"O halda yenə bu mövzu aktual qalacaq? Azərbaycan elə də böyük ölkə deyil. İndiki texniki inkişaf şəraitində coğrafi uzaqlıq bəhanəsi ilə paytaxt köçürməyə dəyməz. Dediklərim də böyük maliyyə tutumu tələb etməyən kiçik işlərdir. Sahənin mütəxəssisləri, yəqin ki, daha səmərəli təkliflər verərdi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
22:36 24.04.2026
Siyasət
Qalibafın istefası ilə bağlı xəbərlər təkzib olunub
22:19 24.04.2026
Gündəm
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya
Dünyanın zirvəsinə gedən yolda gözlənilməz maneə
19:54 24.04.2026
Dünya
İran üç ölkəyə uçuşları bərpa edir
19:48 24.04.2026
Region
Lavrov: Qərb Rusiyaya müharibə elan edib
19:48 24.04.2026
Dünya
Qəhvə içib yatsanız nə olar? - ARAŞDIRMA
19:40 24.04.2026
Sağlamlıq
Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı
19:34 24.04.2026
Şou
Aİ səfiri Gürcüstan XİN-ə çağırılacaq
19:19 24.04.2026
Cənubi Qafqaz
Kosta: Aİ İrana qarşı sanksiyaların ləğvi perspektivini görmür
19:11 24.04.2026
Dünya
ABŞ müdafiə naziri: Hərbçilərimiz Nobel Sülh Mükafatını almalıdır
19:03 24.04.2026
Dünya
Netanyahu prostat xərçənginə görə əməliyyat olundu
18:56 24.04.2026
Dünya