“Azərbaycan vəziyyəti öz xeyrinə dəyişə biləcək, bir şərtlə ki..."
Şəymən Bayramova
14:27 25.08.2020
Qarabağ
1228
“Ölkəmiz Türkiyə ilə birgə koordinasiyalı çalışsın”
"Ermənistanın yenidən dövlət sərhəddinin Tovuz istiqamətində və işğal olunmuş ərazilərimizdə təxribatlara əl atması əsasən Rusiyanın planı olmaqla yanaşı rəsmi İrəvanın növbəti danışıqlar prosesindən yayınmaq planın ilə əlaqəlidir".
Bu sözləri "Sherg.az"a açıqlama verən politoloqMəhəmməd Əsədullazadə deyib. Politoloqun sözlərinə görə, Ermənistanın siyasi rəhbərliyi Minskdə sülhdən danışsalar da, onların düşüncəsində sülh sözü işğal olunmuş ərazilərin qaytarılmaması deməkdir:
"Hesab edirəm ki, Azərbaycan tərəfi Türkiyə ilə birgə koordinasiyalı çalışmalı və mümkün qədər prosesləri öz lehinə dəyişməlidir. Tovuz təxribatı zamanı Ermənistanın arxasında Kreml dayanırdı. Bunu etiraf etməsələr də gün kimi aydındır.
Ermənistan Rusiyanın forpostudur və onun iradəsindən kənar heç bir hərbi addım ata bilməz. Rusiyanın Ermənistana göndərdiyi tonlarla silah-sursat və hazırda bu prosesin davam etməsi Ermənistanı cəbhə xəttində təxribatlar törətməyə sövq edir.
Ona görə də Türkiyə ilə birgə hərəkət etməklə Azərbaycan danışıqlarda vəziyyəti öz xeyrinə dəyişə biləcək".
Qeyd edək ki, Ermənistan növbəti təxribata əl atıb. Belə ki, avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib.
Cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytena Qurgin Alberyan əsir götürülüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm