Azərbaycanın icazəsi olmadan heç kim Qarabağa girə bilməyəcək
22:03 23.04.2023
Qarabağ
561
Əvvəla, bütün sərhəd məntəqələri Azərbaycan qanunvericiliyinə uyğun işləyir. Laçın da bunlardan biri olacaq. Hətta deyərdim, Laçın buraxılış məntəqəsi bu qaydalarin ən ciddi tətbiq edildiyi məntəqə olacaq.
Sherg.az xəbər verir ki, bu sözləri Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədr müavini Nazim Cəfərsoy deyib.
O bildirib ki, bu keçidin tənzimlənməsi üçün müvəqqəti qaydalar sisteminin ortaya qoyulacağını təxmin edir:
“Çox qısa müddətdə Qarabağdakı erməni sakinlərindən Azərbaycan vətəndaşlığını qəbul edilməsi tələb ediləcək, qəbul edənlər Azərbaycan vətəndaşlarının hüquqlarına və öhdəliklərinə malik olacaqlar. Azərbaycan xalqına qarşı cinayət işləyənlərə qarşı qanunlarımız tətbiq ediləcək! Vətəndaş olmaq istəməyənlər ölkədən getmək durumunda qalacaq. Getmək istəyənlərin əmlakını durumlarına görə Ermənistan və ya Azərbaycan dövlətləri kompensasiya edəcək (Məsələn, Sovet dövründən burda yaşayanları və onların davamçılarını Azərbaycan, sonradan gələnlərin kompensasiyasını Ermənistan ödəyəcək). Getmək istəyənlərdən xalqımıza qarşı cinayət işləyənləri isə buraxmaq olmaz, tutub mühakimə etmək lazımdır”.
Ekspertin sözlərinə görə, Ermənistan vətəndaşlarının ölkəyə gəlməsi prosesi də humanitar məqsədli olaraq müvəqqəti bir keçid prosesi qaydaları ilə, ancaq ardından qarşılıqlı əsasa və beynəlxalq hüquqa görə tənzimlənəcək:
“Bunun mənası odur ki, Azərbaycanın icazəsi olmadan heç bir Ermənistan vətəndaşı və ümumilikdə xarici vətəndaş bölgəyə girə bilməyəcək. Sadəcə müəyyən müddət üçün Qırmızı Xaç və rus sülhməramlıları keçəcək.
Zamanla Rus əsgərləri bu işdə sadəcə monitorinq ilə məhdudlaşacaqlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya
Kamran Bilalov tiktoker “Çevik”ə qarşı zorakılıqda ittiham olunur
10:23 15.09.2026
Hadisə
Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi
10:07 15.09.2026
Hadisə
İran ABŞ PUA-sını vurdu: Hörmüz boğazında gərginlik artır
09:50 15.09.2026
Dünya
Ukraynadan şok: Rusiyanın sərnişin təyyarələrini vuraq!
09:43 15.09.2026
Dünya
Birinci sinfə gedən şagirdlərin sayı AÇIQLANDI
09:41 15.09.2026
Elm və Təhsil
Azərbaycan neftinin qiyməti 127 dolları ötüb
09:34 15.09.2026
İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşır
09:17 15.09.2026
İqtisadiyyat
Avropada Ukraynaya inam sarsılır
09:07 15.09.2026
Gündəm
Bilik Günü Bakını iflic etdi: Metroda və yollarda izdiham - FOTO
09:07 15.09.2026
Cəmiyyət
Rusiyaya gecə hücumu: Ozon anbarı və sənaye müəssisəsi vuruldu
08:33 15.09.2026
Dünya