Ciddi SİQNAL! – “Sentyabrın 27-nə qədər böyük təxribat gözlənilir” – Rusiyanın “əl izi”...
Fidan Həmişəyeva
12:29 06.09.2021
Qarabağ
1275
“Təxribatlara hazır olmalı, ağılla düşünməliyik. Elə etməliyik ki, Rusiya ilə Türkiyə qarşı-qarşıya durmasın”
“Müharibə olsa, Azərbaycan ərazisində gedəcək və həlak olanlar vətəndaşlarımız olacaq”
“Bu, ölkəmizdəki “5-ci kolon”un istəyidir. Çünki bu layihə Rusiyanındır”
“Rəsmi Moskva istəyir ki, SSRİ-nin bu və ya digər formada bərpa olunması üçün “sındıracağı” ilk dövlət Azərbaycan olsun”
Bu günlərdə Rusiyanın ticarət saytlarının birində “Dağlıq Qarabağ Respublikası” adlı ifadə yer alıb. “Zakupki.gov.ru” saytında Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı yerləşdirilmiş məlumatda qondarma respublikanın qeyd olunması təbii ki, təsadüfi deyil. Rusiya tərəfi açıqlamasında “yanlışlıq” olduğunu söyləsə də, əslində onların bu mövqeni sərgiləməsi təəccüb doğurmur.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məsələyə münasibət bildirib. Nazirliyin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva bildirib:
“Qeyd etmək istərdik ki, bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi etirazını diplomatik kanallarla dərhal Rusiya tərəfinə çatdırmışdır. Bu kimi yanlış məlumatların iki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin ruhuna cavab vermədiyi qarşı tərəfin diqqətinə çatdırılıb. Qarşı tərəf isə öz növbəsində məsələnin texniki səhv olduğunu qeyd edib və aradan qaldırılması üçün müvafiq addımların atılacağını, habelə bu kimi məsələlərə gələcəkdə diqqətlə yanaşılacağını ifadə edib”.
Rusların heç nəyi təsadüfi etmədiyini söyləyən siyasi elmlər doktoru, professor, politoloq Cümşüd Nuriyev “Sherg.az”a vurğulayıb ki, bu cür yanaşma Rusiyanın şovinzim xisləti ilə əlaqədardır.
Professor qeyd edib ki, Rusiya əvvəlcə Qarabağda möhkəmlənməli idi. Sonra isə öz planlarını həyata keçirməyə başladı:
“Ruslar son 2 ayı çıxmaq şərti ilə özünü çox sadə aparırdı. Əsas məqsəd o idi ki, bölgədə müəyyən sayda ermənilər olsun və onlara hər cür şərait yaradılsın. Bundan sonra isə siyasi addımlar atılmağa başladı. Əvvəlcə sərhəddə, sonra isə Qarabağ ərazisində atəşkəs pozuldu. Əslində atəşkəs pozulmamışdı. Çünki ruslarla atəşkəs barədə hansısa müqaviləmiz yoxdur. Sadəcə üçtərəfli bəyanatın bəndləri icra olunmadı. Ruslar “sülhməramlı” adı ilə üzərilərinə götürdükləri missiyanı yerinə yetirmədilər”.
Politoloq bildirib ki, “Dağlıq Qarabağ”ın “respublika” kimi gündəmə gəlməsi Rusiyada bir xəstəliyə çevrilib:
“Əvvəlcə bu mövzunu müdafiə nazirlərinin xətti ilə gündəmə gətirdilər. Sonra isə ticarət palatası vasitəsilə “Dağlıq Qarabağ” ifadəsini işlətdilər. Heç nə təsadüfi deyil. Müdafiə nazirinin elan etdiyi tender 150 milyon rubla malikdir. Təəssüf ki, həmin tenderi həyata keçirən də Zaripov soyadlı bir müsəlmandır. Azərbaycan Prezidenti “Dağlıq Qarabağ” adlı münaqişənin olmadığını deyib. Ruslar isə əvvəlcə “Dağlıq Qarabağ”, sonra da “Dağlıq Qarabağ Respublikası” terminini işlədirlər. Bunun da əsas məqsədi Azərbaycanın xalqının əsəblərini gərmək və dövlətimizi siyasi cəhətdən ələ salmaqdır. Eyni zamanda Ermənistana və Qarabağda yaşayan ermənilərə ümid verirlər. Rusiya tarixən də belə xəyanətlərlə məşğul olub və bu gün də dəyişən bir şey yoxdur”.
Analitikin fikrincə, Azərbaycan bu mövzuya çılğın yanaşmamalıdır:
“Çünki qarşımızda xisləti qeyri-müəyyən olan Rusiya var. İkinci Qarabağ müharibəsinin ildönümünə az qalıb. Sentyabrın 27-nə qədər böyük təxribatın olacağını gözləyirəm. Bu təxribat da Rusiyanın əli ilə həyata keçiriləcək. Təxribatlara hazır olmalı, ağılla düşünməliyik. Elə etməliyik ki, Rusiya ilə Türkiyə qarşı-qarşıya durmasın. Müharibə olsa, Azərbaycan ərazisində gedəcək və həlak olanlar vətəndaşlarımız olacaq. Bu, ölkəmizdəki “5-ci kolon”un istəyidir. Çünki bu layihə Rusiyanındır. Rəsmi Moskva istəyir ki, SSRİ-nin bu və ya digər formada bərpa olunması üçün “sındıracağı” ilk dövlət Azərbaycan olsun. İnanıram ki, Azərbaycan Prezidenti Qarabağı necə aldısa, növbəti təxribatlara da çox sakit, ağıllı, məntiqli və uzaqgörən siyasətlə cavab verəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstan Rusiya ilə sərhədi bağladı
18:01 13.08.2026
Cənubi Qafqaz
Abituriyentlərin gələcəyi biznesə çevrilib - Ekspert
17:55 13.08.2026
Elm və Təhsil
İran və ABŞ qapalı danışıqlar aparır
17:47 13.08.2026
Gündəm
İnfantino DÇ-2030-da 64 komandanın iştirakını istəyir
17:27 13.08.2026
Dünya
Ukraynalı polkovnikin külü Rotterdamdan Kiyevə gətirildi
17:20 13.08.2026
Dünya
Tufandağ buzlağının ekosistemində dəyişikliklər qeydə alınıb
17:13 13.08.2026
Ekologiya
SEPAH: Hörmüz boğazı tamamilə İranın nəzarəti altındadır
17:06 13.08.2026
Gündəm
Pişiklər bizə nə öyrədir? - Olduqca maraqlıdır
16:53 13.08.2026
Maraqlı
Husilər Yəməndə hökumət qüvvələrinə dron zərbəsi endirib
16:43 13.08.2026
Dünya
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı
16:43 13.08.2026
Gündəm
Xəzər dənizi geri çəkilir - Problemlər getdikcə artır
15:56 13.08.2026
Ekologiya
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm