Deputat “məqam yetişib” dedi: “Şuşamızı, Ağdamımızı...azad etməliyik !”
Banuçiçək Kalbalıyeva
10:42 06.08.2020
Qarabağ
1656
“Ötən illər ərzində danışıqların heç bir nəticə vermədiyini gördük”
“Deməli, yeganə variant hərbi əməliyyatlar keçirməkdir”
“O zaman yanğınlara da, işğala da son qoyulacaq. Əks halda isə təxribatlar davam edəcək”
Ermənilər işğal altında olan Azərbaycan torpaqlarında yenidən yanğınlar törədib. Ermənistan silahlı bölmələri Ağdamın işğal altında olan Qızılı Kəngərli kəndinin ərazisinə od vurub. Yanğının miqyası getdikcə genişlənir.
Dağ massivində baş verən yanğın cəbhəyanı bütün yaşayış məntəqələrindən müşahidə olunur. Qeyd edək ki, işğalçı Ermənistan ordusu nəzarəti altında olan Azərbaycan ərazilərində mütəmadi yanğınlar törədir.
Düşmən işğalla kifayətlənmir, vandallıqlar, vəhşiliklər törətməkdə davam edir. Bəs nə vaxtadək? 30 il çox deyilmi? Cənnət torpağı cəhənnəmə çevirməkdə məqsəd nədir?
Bu barədə “Sherg.az”a münasibət bildirən millət vəkili Elman Məmmədov düşmənin məkrli siyasətindən danışıb:
“Ağdamın işğalında 27 il ötür. 1993-cü ildən üzü bəri ermənilər Dağlıq Qarabağı talayır, dağıdırlar. Onlar saxta tarix yazmaq istəyirlər. Tarixi torpaqlarımızda Azərbayacana aid olan nişanələri erməni işarələri ilə əvəz edirlər. Beləliklə, “Dağlıq Qarabağ bizimdir, biz torpaqları işğal yox, azad etmişik” demək istəyirlər. Ona görə də Şuşamızı, Ağdamımızı, Laçınımızı...azad etmək vaxtı çatıb, məqam yetişib. Ötən illər ərzində danışıqların heç bir nəticə vermədiyini gördük. Deməli, yeganə variant Azərbaycan ordusunun gücünə əsaslanaraq hərbi əməliyyatlar keçirməkdir. O zaman yanğınlara da, səfeh bəyənatlara da, işğala da son qoyulacaq. Əks halda isə təxribatlar davam edəcək”.
E.Məmmədovun fikrincə, dünya dövlətləri də artıq Ermənistana inanmırlar:
“Tovuz təxribatının məqsədlərindən biri də KTMT ölkələrini münaqişəyə cəlb etmək idi. Amma heç bir dövlət Azərbaycan-Ermənistan sərhəddində baş verən təxribata müdaxilə etmədi. Bu, bizim üçün siqnaldır. Başa düşməliyik, həmin iyirmi faiz ərazi bizimdir və biz öz torpaqlarımızda hərbi əməliyyatlar keçirəcəyik. Dövlətlər, bəlkə də, dolayısı yolla, hansısa bir formada Ermənistana yarım edərlər. Amma kömək birbaşa, yəni münaqişəyə açıq-aşkar müdaxilə şəklində ola bilməz. Çünki bu, olmayan beynəlxalq hüquqa ziddir.
Odur ki, biz hərbi əməliyyatlara başlamalıyıq. Onda Ermənistan və havadarları anlayacaq ki, indiki Azərbaycan 90-cı illərdəki Azərbaycan deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya