Bu günlərdə isə Belçika və Niderland Parlamentində ölkəmizə qarşı qərəzli qətnamələr qəbul edilib. Prezident hərbçilərlə söhbətində bildirib ki, Zəngilanın çox zəngin təbiəti, nadir meşələri var:
“Dünya erməni yalanlarının labirintindədir” – “Çanaq öz başında çatlayacaq”
Fidan Həmişəyeva
13:38 25.12.2020
Qarabağ
568
“Belçika, Niderland, Amerika və Fransa kimi ölkələr 200 ilə yaxındır ki, erməni yalanlarını dünyaya sırıyır, bəşəriyyətin beynini zəhərləyirlər”
“Lakin yorulan deyilik. Necə ki, ermənilər 200 il ərzində utanıb, usanmadılar, biz niyə yorulmalıyıq ki?”
“Bundan sonra daha əzmkar və prinsipiallıqla erməni yalanlarını ifşa etməliyik”
İki gün öncə Prezident İlham Əliyev Qubadlı və Zəgilana səfəri zamanı hərbçilərimizlə görüşüb. Ali Baş Komandan bəzi ölkələr tərəfindən Azərbaycana qarşı qəbul edilən qərəzli qətnamələr barədə mühüm məqamlara toxunub. Fransanın Qarabağ münaqişəsi zamanı Ermənistana dəstəyi və Azərbaycanın əleyhinə qətnamələr qəbul etdiyi hər kəsə bəllidir.
Bu günlərdə isə Belçika və Niderland Parlamentində ölkəmizə qarşı qərəzli qətnamələr qəbul edilib. Prezident hərbçilərlə söhbətində bildirib ki, Zəngilanın çox zəngin təbiəti, nadir meşələri var:
“Baxın, neyləyib düşmən. Baxsın bütün dünya, ermənipərəst qüvvələr bu günə qədər kimi müdafiə edirlər?. Bizə qarşı qətnamələr qəbul edən ölkələr baxsınlar, gözlərini açsınlar. Riyakar siyasətçilər açın gözlərinizi, baxın. Sizin parlamentləriniz qətnamələr qəbul edib. Bizim üçün o qətnamələrin heç bir əhəmiyyəti yoxdur, bir kağız parçasıdır. Amma iş ondadır ki, bizə qarşı yenə əsassız ittihamlar irəli sürülür.
Fransa parlamentinin deputatları, Belçika, Hollandiya parlamentlərinin deputatları, baxın, sizin sevimli ermənilər nələr ediblər bu torpaqlarda? Açın xəritəyə baxın, ensiklopediyaya baxın, görün Zəngilan rayonu, Qubadlı rayonu hansı ölkənin tərkib hissəsidir. Qətnamələr qəbul edirsiniz. Başınıza dəysin bu qətnamələr. Azərbaycanı ittiham edirlər”.
Prezidentin çıxışına dair fikirlərini “Sherg.az”la bölşən millət vəkili Məlahət İbrahimqızı bildirib ki, artıq ərazi bütövlüyümüzü bərpa etmişik. Rəşadətli Ordumuz düşməni torpaqlarımızdan qovdu və bütün dünyaya xalqımızın qəhrəman olduğunu sübut etdik. Xanım parlamentari təəssüflə vurğulayıb ki, dünyanın taleyini bir sıra supergüclər öz maraqlarına uyğun həll etməyə çalışırlar:
“Bəzi təşkilatlar həmin supergüc dövlətlərə arxalanırlar. O təşkilatlardan biri faşist ideologiyasına xidmət edən erməni lobbisidir. Erməni işğalçıları haqqında danışanda iki qüvvənin olduğunu xüsusilə diqqətə çatdırmalıyıq: erməni diasporu və tarixən Azərbaycan torpaqlarını ələ keçirmiş qondarma Ermənistan dövləti. Beynəlxalq təşkilatlar daim Azərbaycan və Türkiyəyə qarşı düşmən mövqe sərgiləyiblər. Lakin torpaqlarımızı azad etdik. Artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu. Ermənistanı elə bir məğlubiyyətə uğratmışıq ki, inanmıram 100 il sonra da özlərinə gələ bilsinlər”.
M.İbrahimqızı qeyd edib ki, yaxın zamanda erməni xalqını böyük fəlakət gözləyir:
“Rusiya olmasa, Ermənistan çoxdan məhv olub gedərdi. Ermənilər bir çox xarici ölkələrdə qondarma “erməni qoyqırımı” barədə qətnaməni qəbul etdirdilər. Məsələn, bu yaxınlarda Belçika və Niderland Parlamentində qərəzli və birtərəfli qətnamə qəbul edildi. Lakin belə hadisələrdən qorxmamalıyıq. Müharibədə qəhrəman əsgərlərimiz, qazi və şəhidlərimizin qanı ilə zəfər tariximizi yazdıq.
Cənab Prezident də dəfələrlə deyib ki, qələbədən sonra mübarizəmiz siyasi müstəvidə olacaq. Çünki dünyadakı erməni lobbi və təşkilatları öz məkrli siyasətlərindən əl çəkməyəcəklər. Lakin nə qədər ki, belə davam edəcəklər, öz xalqlarını fəlakətə daha da sürətlə aparacaqlar”.
Millət vəkili bildirib ki, hansısa ölkədə Azərbaycana qarşı qətmanə qəbul olunursa, ruhdan düşməməliyik:
“Sona qədər mübarizəmizi davam etdirməliyik. Bundan sonra çalışacağıq ki, Azərbaycana qarşı qəbul edilən qərəzli və əsassız qətnamələri zərərsizləşdirək. Bütün dünyaya sübut edək ki, faşist düşüncəli erməni ideoloqları öz xalqlarını uçuruma aparmaqla bərabər, dövləti yanlış yönləndirirlər.
Bu dəqiqə dünya erməni yalanlarının labrintindədir. Belçika, Niderland, Amerika və Fransa kimi ölkələr 200 ilə yaxındır ki, erməni yalanlarını dünyaya sırıyır, bəşəriyyətin beynini zəhərləyirlər.
Lakin yorulan deyilik. Necə ki, ermənilər 200 il ərzində utanıb, usanmadılar, biz niyə yorulmalıyıq ki? Bundan sonra daha əzmkar və prinsipiallıqla erməni yalanlarını ifşa etməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceff Bezos “Liverpul”un sahibi oldu
14:09 15.08.2026
Futbol
Ferran Torres PSJ-də
13:57 15.08.2026
Futbol
PSJ Ferran Torresin transferini rəsmən açıqlayıb
13:49 15.08.2026
Futbol
Xaçmazda iki ata övladını bıçaqladı
12:46 15.08.2026
Hadisə
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı
12:07 15.08.2026
Hadisə
Qarabağla Rumıniyanın Maramureş regionu əməkdaşlıq edəcək
11:47 15.08.2026
Gündəm
Türkiyədə təyinat və rütbə dəyişiklikləri açıqlanıb
11:11 15.08.2026
Region
İran ABŞ ilə yenidən danışıqlara başlamaq barədə qərar verməyib
10:57 15.08.2026
Dünya
Pekin-Mançester reysi Krasnoyarskda məcburi eniş edib
10:49 15.08.2026
Hadisə
Azərbaycanda itkin düşən 19 nəfər tapıldı
10:38 15.08.2026
Hadisə
İspaniyada Qranada yaxınlığında 5,0 maqnitudalı zəlzələ baş verib
10:36 15.08.2026
Hadisə
“28 May”da vəziyyət necədir? – FOTOLAR
10:34 15.08.2026
İnfrastruktur
İlon Maskın atası Zelenskini Ukraynanın prezidenti hesab etmir
10:32 15.08.2026
Gündəm
Kanada İranın 5 yüksək vəzifəli şəxsinə sanksiya tətbiq edib
10:19 15.08.2026
Dünya
FHN çimərliklərə üz tutan vətəndaşlara müraciət etdi
10:12 15.08.2026
Cəmiyyət