Hədəf budur: “Xankəndi bizimdir, bu məsələni də həll edəcəyik”
Fidan Həmişəyeva
10:01 15.07.2021
Qarabağ
684
İyulun 15-i gecə saatlarında Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Atəş Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb. Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli “Sherg.az”a bildirib ki, erməni əsilli vətəndaşlarımız öz əsgərinə güllə atıb və müharibə barədə danışmaq yersizdir. Çünki ermənilər savaşda məğlub oldular və müharibə bitdi:
“Azərbaycan Birinci Qarabağ müharibəsində məğlub olduqdan sonra 20 ildən artıq bir zaman lazım idi ki, özünə gəlsin. Ermənistan üçün isə belə bir resurs yoxdur. Yəni reabilitasiya etmək üçün ən azı 20 il lazımdır, ancaq belə bir potensialları mövcud deyil. Bu baxımdan 10 noyabr razılaşmasının 4-cü bəndinə əsasən bölgədə bir neçə erməni terrorçusu qalıb. Bu, bizə imkan verir ki, antiterror əməliyyatlarını həyata keçirək və daxili məsələ kimi bu problemi yekunlaşdıraq. Söhbət hansısa savaş və toqquşmalardan getmir. Belə bir şeyin olması da imkansızdır”.
“Bu təxribatlar nə üçün baş verir?” sualına gəlincə, Ə.Əlibəyli vurğulayıb ki, Ermənistan daxilində ciddi qarşıdurma var:
“Paşinyanın hakimiyyəti formalaşdırması və hakimiyyətdə qalması çox çətin bir ana təsadüf edib. General Xaçaturyan Baş qərargah rəisi, atası isə KTMT-nin katibi idi. Ancaq gec-tez hərbiləşmiş adamlar siyasləşərək hakimiyyətə gələcəklər. Paşinyan da bunu yaxşı bilir. Atəşkəsin pozulması kimin maraqlarına cavab verir? Ordunun içərisində revanşistlər və anti-Rusiya adamları var. İlk növbədə Paşinyan özü çalışır ki, Rusiya əleyhinə hansısa təxribat meydana çıxsın və Rusiya münaqişənin ortasında qalsın. Çünki 10 noyabr razılaşmasının cavabdehi məhz Vladimir Putindir. Bu gün Şuşadakı güllə məhz Putinə atılmış olur, rus sülhməramlılarının aqibətini müəyyən edir, Xankəndidki emrəniləri taleyinə aydınlıq gətirir. Atılan güllələrin hamısı bütövlükdə rəsmi Moskvanın bölgədəki mövqeyinə atılıb. Üçtərəfli bəyanatın 4-cü bəndinə əməl edilməməsi gecikirdi və Şuşadakı proseslərdən sonra onun da reallaşmasının şahidi olacağıq. Hədəf Xankəndidir, Xankəndi bizimdir və bu məsələni də həll edəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm
Vəkillər Kollegiyasının 4 üzvü cəzalandırıldı
12:57 01.05.2026
Gündəm
Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi
12:52 01.05.2026
Gündəm
Milli Məclis bir neçə beynəlxalq sənədi ratifikasiya etdi
12:46 01.05.2026
Gündəm