“Hər gün erməni ailələrinə əsgər meyiti getməlidir”- Sərt reaksiya
Fidan Həmişəyeva
10:06 06.03.2020
Qarabağ
1653
“Belə olduqda onların qudurğanlıqlarına son qoyulacaq. Hesab edirəm ki, bu vaxt çoxdan çatıb”
“Beynəlxalq hüququn və BMT nizamnaməsinin müvafiq maddələrinə əsasən, ərazilərimizi düşməndən azad etmək üçün belə bir hüququmuz var”
Ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi kobud şəkildə pozulub. Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər Paşazadə Orxan Nazim oğlu yaralanıb,.
O, dərhal Qazax rayonunun diaqnostika mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb. Bu gün şəhid hərbiçimizlə əlvida mərasimi başa çatıb. Cəlilabad rayonunun Cəfərxanlı kəndində torpağa tapşırılıb.
Millət vəkili Elman Məmmədov “Sherg.az” a açıqlamasında bildirib ki, Qazax rayonu istiqamətində sərhəd qoşunlarımız yaranandan sonra itkilərimiz çox olub:
“Diqqət çəkən bir məqam var. Nə üçün ermənilər Azərbaycan-Ermənistan sərhəddində bu təxribatları törədirlər? Baş verənlər ermənilərin növbəti hiyləsidir. Onlar üzv olduqları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) diqqətini özlərinə yönəltmək üçün belə addım atırlar. Düşmən göstərmək istəyir ki, guya Azərbaycan Ermənistan ərazisini atəşə tutur. Ermənilər əsgərimizi şəhid edirlər, amma ordumuz həmin mövqelərdə atəş açılan istiqamətdə bütün nöqtələri susdurub darmadağın edirlər. Ermənilərin itkisi də olur. Həmin təşkilatın nizamnaməsində belə bir bənd var ki, bu təşkilat üzvü olan dövlətlərin ərazisində təhlükə olarsa, başqa üzv olan ölkələr ona kömək etməlidirlər. Ermənilərin məqsədlərindən biri budur. Onlar yalanda göstərirlər ki, guya Azərbaycan onların ərazilərini atəşə tutur. Ona görə də təxribatı qəsdlə törədirlər. Düzdür, əvəzində paylarını artıqlaması ilə alırlar. Azərbaycan sərhəd xidməti yüksək səviyyədə ermənilərin cavabını verir”.
“Təxribatların qarşısının alınması və itkilərimizin olmaması üçün hansı addımlar atılmalıdır?” sualına gəlincə, parlamentari qeyd edib ki, düşmən elə susdurulmalı və ağır zərbələr almalıdır ki, daha belə təxribatlara əl atmasın:
“Hər gün erməni analarının üzərinə təmas xəttində xidmət edən əsgərlərin meyidi göndərilməlidir. Belə olduqda onların qudurğanlıqlarına son qoyulacaq. Hesab edirəm ki, bu vaxt çoxdan çatıb. Beynəlxalq hüququn və BMT nizamnaməsinin müvafiq maddələrinə əsasən, ərazilərimizi düşməndən azad etmək üçün belə bir hüququmuz var”.
E.Məmmədov bildirib ki, Ermənistan siyasi rəhbərliyinin danışıqlar yolu ilə torpaqları azad eləmək fikri yoxdur:
“Tək çıxış yolu odur ki, Azərbaycanın güclü ordusundan istifadə edib, düşməni torpaqlarımızdan çıxarıb ərazi bütövlüyümüzü təmin etməliyik. Daha sonra atəşkəs haqqında fikirləşmək olar. Başqa çıxış yolu görmürəm. Şəhidlər vətənimiz, torpaqğımız və xalqımız uğrunda canlarından keçirlər. Borcumuz onların qanının yerdə qalmaması üçün tədbirlər görüb, qısasımızı almaq və torpağımızı azad etməkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya
Tovuzda 26 yaşlı qadın itkin düşüb - FOTO
16:07 17.08.2026
Hadisə
Donald Tramp: İranla müharibəni dayandırmağa tələsmirəm
15:44 17.08.2026
Dünya
Azərbaycanın dənli bitki ixracı 54%-ə yaxın artıb
15:20 17.08.2026
İqtisadiyyat
ABŞ və İran atəşkəsin uzadılması barədə razılığa gəldi
15:10 17.08.2026
Son dəqiqə
Ukrayna səfiri dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
15:03 17.08.2026
Siyasət
İran Omanla Hörmüz boğazı üzrə danışıqları davam etdirir
14:45 17.08.2026
Dünya
Artur Ovannisyan: KTMT-dən asılı qalmaq niyyətində deyilik
14:15 17.08.2026
Gündəm
İranda Xəzərlə bağlı beştərəfli görüş keçiriləcək
13:55 17.08.2026
Dünya
Növbəti köç karvanı Xocavəndə çatdı - YENİLƏNDİ
13:50 17.08.2026
Gündəm
Şərif Trampı təriflədi: Cəsarətli lider…
13:39 17.08.2026
Dünya
Rusiya Türkiyəni Qərbdən uzaqlaşdırmaq istəyir - Hasan Oktay
13:02 17.08.2026
Gündəm
İran Bərzaninin ofisini vurdu
12:31 17.08.2026
Dünya