Lokal və ildırımsürətli müharibə: Rəsmi Bakı Qarabağla bağlı yeni siyasi proses yaratmalıdır
Ayyət Əhməd
11:03 11.09.2019
Qarabağ
822
ATƏT-in Minsk Qrupunun həmsədrləri sentyabrın 8-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində “yerli seçkilər”in keçirilməsinə münasibət bildiriblər. Məlumatda qeyd edilir ki, həmsədrlər münaqişənin hərtərəfli həlli kontekstində Dağlıq Qarabağ əhalisinin öz gələcəyi barədə qərar qəbul etmək rolunu tanıyır: "Lakin Dağlıq Qarabağ nə ATƏT-in Minsk qrupu ölkələri, nə də digər ölkələr tərəfindən müstəqil və suveren ölkə kimi tanınır. Bu “seçkilərin” nəticələrinə də Dağlıq Qarabağın hüquqi statusuna təsir edən amil kimi baxılmamalı, heç bir halda bu nəticələr Dağlıq Qarabağın yekun statusuna və münaqişənin davamlı və sülh yolu ilə həlli istiqamətinə yönəlmiş hazırkı danışıqların nəticələrinə xələl gətirməməlidir. ATƏT-in Minsk qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə davamlı həllində tərəflərə kömək etməyə qətiyyətli şəkildə sadiq olaraq qalır" – deyə bəyanat xarakterli açıqlamada vurğulanır.
Həmsədrlərin bəyanatında “Minsk Qrupu Dağlıq Qarabağ əhalisinin öz gələcəyi barədə qərar qəbul etmək rolunu tanıyır” ifadəsinin yer alması Azərbaycan ictimaiyyətində heç də birmənalı qarşılanmır. Bu yanaşma həmsədrlər tərəfindən ziddiyyətli mövqe kimi qiymətləndirilir.
Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri Natiq Miri Sherg.az-a deyib ki, əsas məsələ prinsip kimi xalqların öz müqəddəratını həll etmək hüququ ilə bağlı qəbul olunan detaldır. Onun sözlərinə görə, Qarabağ danışıqlarında masada olan üç prinsipdən ikisi biri-birinə daban-dabana ziddir:
“Birincisi ərazi bütövlüyünün təmini prinsipidirsə, o zaman xalqların öz müqəddəratını təyin etmə detalı burada zidiyyət yaradır. Problem də buradan qaynaqlanır. Əgər danışıqlar prosesində bənd olaraq xalqların öz müqəddəratını təyin etmə hüququna malik olması varsa, o zaman separatçıların “özünüidarəetmə orqanlarına seçki” keçirməsinə bəzi qüvvələr haqq qazandıracaqlar. Həmsədrlərin bəyanatında qeyd etdikləri də məhz bu məsələdir. Ona görə də, hesab edirəm ki, rəsmi Bakı buna qarşı sərt mövqe ortaya qoymalıdır. Beynəlxalq hüquqa əsasən heç bir milli azlıq olan xalqlar yaşadıqları coğrafi məkanın siyasi taleyi ilə bağlı qərar verə bilməzlər. Bu beynəlxalq hüququn oturuşmuş, birmənalı qəbul edilən prinsipidir”.
N.Miri deyib ki, Avropa ölkələri bu cür məsələlərlə bağlı birbaşa beynəlxalq hüquq norması ilə yanaşırlar, amma bizə gələndə xalqların müqəddəratını həll etməsindən dəm vururlar:
“Məsələn İspaniyada Kataloniyanın ayrılması prosesi başladılanda, bütün Avropa ölkələri İspaniyanın ərazi bütövlüyünün qorunmasından yana oldular. Doğru da etdilər. Amma başqa ölkələrə də bu prinsipial yanaşma ortaya qoyulmalıdır. Hər kəsə gün kimi aydındır ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilər milli azlıqdırlar. Onlar 1928-ci il Türkmənçay sülh müqaviləsindən sonra Türkiyədən, İrandan məcburi şəkildə Dağlıq Qarabağa köçürülüblər. Bu faktlar heç kimə sirr deyil. Ona görə də, düşünürəm ki, Azərbaycan həmsədrlərdən beynəlxalq hüquq çərçivəsində yanaşma tələb etməlidir. Birmənalı şəkildə xalqların öz müqəddəratını təyin etməsi məsələsinə qarşı çıxılmalıdır. Azərbaycan onsuz da danışıqlarda bəyan edib ki, ərazi bütövlüyü təmin olunduğu təqdirdə, Dağlıq Qarabağın erməni əhalisinə ən yüksək hüquqi status verəcək. Məncə doğru olmayan həmsədrlərin dedikləri yox, danışıqlar masasındakı sənəddə “xalqların öz müqəddəratını həll etmək” bəndinin yer almasıdır”.
Analitikin sözlərinə görə, indiki halda rəsmi Bakı yeni siyasi proses yaratmalıdır:
“Elə bir siyasi proses ki, işğalçı Ermənistan və onun havadarı olan beynəlxalq qüvvələr Azərbaycanın arxasında sürünsünlər. Yeni siyasi proses yaratmaq deyəndə mən lokal, ildırımsürətli hərbi əməliyyatları nəzərdə tuturam. Az müddətdə Azərbaycan hərbi əməliyyatlarla bir neçə strateji məntəqələri işğaldan azad edərsə, artıq danışıqlar “ölü nöqtə”dən tərpənəcək. Bundan sonra, sülh masasında güclü tərəf Azərbaycan olacaq. Rəsmi Yerevan da, həmsədrlər də danışıqların intensivliyinə çalışacaq. Bununla da rəsmi Bakı “xalqların öz müqəddəratını təyin etmə” prinsipinin yalnız və yalnız ərazi bütövlüyümüzün bərpası çərçivəsində qəbul etməyə razı olduğunu diktə edəcək. Əks təqdirdə separatçı ermənilər “seçkilər” keçirəcəklər, işğalçı siyasətlərini də davam etdirəcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistanın Əfqanıstana hava zərbələri: 38 ölü, 163 yaralı
13:16 29.06.2026
Dünya
Martines əməliyyatdan imtina etdi: DÇ-də sınıq barmaqla oynayır
13:03 29.06.2026
Futbol
Pezeşkian: Altı milyard dollar İrana qaytarılacaq
12:57 29.06.2026
Gündəm
Bəzi yerlərdə intensiv yağış yağacaq, dolu düşəcək - PROQNOZ
12:40 29.06.2026
Ekologiya
Tehran Prokurorluğu Rza Pəhləviyə iş açdı
12:28 29.06.2026
Gündəm
Süleyman Rüstəmin yeganə övladı vəfat etdi
11:57 29.06.2026
Cəmiyyət
İsrail ordusu “Hizbullah”ın üç qərargahına zərbə endirib
11:51 29.06.2026
Dünya
Ərdoğan elan etdi: “Türk Əsri” birlikdə qurulacaq
11:46 29.06.2026
Gündəm
97 yaşında dünyasını dəyişdi
11:39 29.06.2026
Mədəniyyət
Pakistan Əfqanıstanı bombaladı: 36 ölü, 163 yaralı
11:30 29.06.2026
Dünya
Polşa Almaniyadan yenidən təzminat tələb etdi
11:21 29.06.2026
Dünya
Prezident: Türk dünyası nüfuzlu geosiyasi güc mərkəzinə çevrilir
10:57 29.06.2026
Gündəm
Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
10:33 29.06.2026
Mədəniyyət