Moskvanın atəşkəs blefi !- “Erməniləri darmadağın olmaqdan qurtardı...”
Banuçiçək Kalbalıyeva
09:21 12.10.2020
Qarabağ
1148
“Atəşkəs sonradan torpaqların işğaldan azad edilməsinə əngəldir”
“Bunu başa düşmək üçün heç də hərbi biliklərdən mükəmməl agah olmaq lazım deyil”
“Bu fasilə ermənilərə təbliğat kampaniyasını genişləndirməkdə vasitə ola bilər”
Oktyabrın 9-da Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli görüş keçirildi. Gərgin keçən danışıqların sonunda tərəflər arasında humanitar xarakterli danışıq əldə olunsa da, rəsmi İrəvan ilk saatlardan etibarən, necə deyərlər, cığallıq etməyə başladı. Gəncənin vurulması, ikinci ən böyük şəhərimizdəki mülki əhalinin atəşə tutulması işğalçının xislətini bir daha ortaya qoydu. İnsanın yanında qeyri-iradi olaraq 2001-ci il 11 sentyabr terroru düşür. Qoşa qüllənin partladılması da, Gəncədəki mülki əhaliyə raket atılması terrorçuluğun, barbarlığın ən bariz nümunəsidir. Bundan o tərəfi yoxdur.
İndi bizi maraqlandıran Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin Moskva şəhərindəki üçtərəfli görüşüdür. Belə ki, danışıqlardan sonra tərəflər arasında humanitar atəşkəs elan edildi. Yəni budəfəki hərbi əməliyyatların taleyi 2016-cı ildəki Aprel, bir neçə ay əvvəlki Tovuz döyüşləri kimi olacaq? Kremlin səssizliyi elə bura qədər idi?
Prosesləri “Sherg.az”a şərh edən BDU-nun professoru, politoloq Əlimusa İbrahimov hesab edir ki, indiki məqamda atəşkəsin elan olunması düşmənin xeyrinədir:
“Fikrimcə, Rusiya Prezidenti erməni diasporu və həyasız Paşinyanın ardı-arası kəsilməyən telefon zəngləri qarşısında hərəkətə keçməyə başlayıb. Bu fəaliyyət 2016-cı ilin aprel döyüşləri və 2020-ci ilin iyun döyüşləri zamanı nümayiş etdirilən aktivlikdən tamamilə fərqlənir.
Bu gün o Azərbaycan-Ermənistan arasında münaqişənin qarşısının alınmasında və onun genişmiqyaslı müharibəyə çevrilməsində əvvəlki qədər maraqlı görünmür ki, bunun da köklü səbəbləri var.
Görüşün atəşkəsə nail olmaq üçün təşkil olunduğu deyilirdi. Amma atəşkəs hər iki döyüşən tərəfin razılığı ilə həyata keçirilməlidir. İndiki halda isə Azərbaycan Prezidentinin dəfələrlə elan etdiyi kimi, atəşkəs yalnız işğalçı ölkə ordusunun Azərbaycandan çıxarılmasından sonra mümkündür.
Digər tərəfdən atəşkəs iştirakçılar müharibədən yorulub iqtisadi və insani resursları baxımdan zəiflədiyi zaman hər iki tərəfin təşəbbüsü ilə həyata keçirilir.
İndiki halda isə Ermənistanın qeyd etdiyimiz vəziyyətə düşməsinə baxmayaraq, Azərbaycan malik olduğu hərbi resursların heç 10 faizini də istifadə etməyib. Belə olan halda niyə atəşkəs danışıqlarına gedilməlidir?
Digər tərəfdən atəşkəsin sonradan torpaqların işğaldan azad edilməsinə mane ola biləcəyini başa düşmək üçün heç də hərbi biliklərdən mükəmməl agah olmaq lazım deyil.
Atəşkəs erməni qüvvələrinə tam darmadağın olmaqdan qurtarmaqda kömək edə, onlara təbliğat kampaniyasını genişləndirməkdə vasitə ola bilər. Elə isə maraqlı bir sual yaranır: Azərbaycan Moskvanın danışıqlar barədə təklifini qəbul etməklə nə məqsədi güdür?
Təbii ki, Azərbaycan 30 il ərzində sülh danışıqlarına sadiq qaldığını nümayiş etdirib və müharibənin qızğın vaxtında da bu prinsipləri rəhbər tutduğunu bildirmək istəyir. Digər tərəfdən müharibə başlayandan bəri Rusiya xarici işlər naziri Sergey Lavrovla ilk dəfə söhbət etmək, onun ritorikasının dəyişməsinin canlı şahidi olmaq Azərbaycan tərəfi üçün çox maraqlı idi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çıxarış olmadan mənzil alanlara xəbərdarlıq
08:11 21.06.2026
İqtisadiyyat
“Google”dan yeni layihə - Köhnə telefonları yenidən faydalı edəcək
07:09 21.06.2026
Dünya
ABŞ narkotik kartellərinə zərbələri davam etdirmək niyyətindədir
05:36 21.06.2026
Dünya
4 yaşlı oğlunu qucağına alıb 8-ci mərtəbədən atladı
04:23 21.06.2026
Hadisə
Futbolçu meydanda oyun zamanı öldü - FOTO
03:27 21.06.2026
Hadisə
Azərbaycanda ilk dəfə Beynəlxalq Tanqo Festivalı keçirilib
01:44 21.06.2026
Mədəniyyət
Şahbaz Şərif ABŞ-İran danışıqları üçün İsveçrəyə səfər edib
01:05 21.06.2026
Gündəm
Şotlandiyada baltalı şəxs hücum etdi: yaralılar var
00:31 21.06.2026
Dünya
Polşa Prezidenti: Zelenski bizim "qırmızı xəttimiz"i keçib
23:40 20.06.2026
Dünya
DÇ-26: Niderland İsveçi darmadağın etdi
23:21 20.06.2026
Futbol
Gəncədə 67 yaşlı qadının meyiti tapıldı
22:32 20.06.2026
Hadisə
Ağstafaya dolu düşdü
22:21 20.06.2026
Ekologiya
Müharibə əsla dayanmayacaq, İsrail bu razılaşmanı pozacaq - ŞƏRH
21:56 20.06.2026
Gündəm