Prezidentə yazırlar: "Bu gün düşməndən alacağımız təkcə torpaq yox, həm də intiqamdır"
15:11 25.10.2020
Qarabağ
583
Rəşadətli Azərbaycan Ordusunun cəbhədəki uğurlu əməliyyatları, torpaqlarımızın ard-arda işğaldan azad edilməsi vətəndaşlarımızda, xaricdə yaşayan soydaşlarımızda, eləcə də bir sıra ölkələrin vətəndaşlarında böyük sevinc hissi yaradıb. Onlar dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə ünvanladıqları məktublarda bu sevinc hisslərini ifadə edirlər.
Sherg.az Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.
Ağsu rayonundan Murad Cəbiyev: “Əziz Prezidentim, mənim 15 yaşım var. Bütün Azərbaycan xalqı kimi mən də, bütün şagird yoldaşlarım da Sizə and və güvənc yerimiz kimi baxır, Sizinlə və ordumuzla fəxr edirik. Oxuduğum məktəb Əfqanıstan müharibəsində həlak olmuş əmim Arif Cəbiyevin adını daşıyır. Əmim Toğrul Fərəczadə isə 2016-cı ilin Aprel döyüşlərində qəhrəmanlıq göstərərək şəhid olmuşdur. Ordumuzun düşmən üzərindəki şanlı qələbələrindən qürur duyuram. Əgər lazım gələrsə mən də bir gənc kimi əsgər olmağa, müqəddəs Azərbaycan torpağını qorumağa, əmim Toğrul Fərəczadə kimi qəhrəmanlıq göstərməyə hazıram”.
Cəlilabad sakini Rövşən Babayev: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, bu günlər ölkəmizdə baş verən hadisələri bir tərəfdən narahatlıqla, digər tərəfdən qürurla izləyirik. Xalqımızın yenilməz Lideri olaraq torpaqlarımızı azad etməyinizə və erməni terrorçularına qarşı qətiyyətli mövqe göstərdiyinizə görə Sizinlə fəxr edirik. İnanırıq ki, Sizin uzaqgörən daxili və xarici siyasətiniz, peşəkar diplomatiyanız sayəsində bu müharibəni böyük bir Qələbə ilə başa vurub dövlətimizin ərazi bütövlüyünü bərpa edəcəksiniz. Bununla da Siz xalqını, millətini, dövlətini sevərək ən yeni Azərbaycanın şanlı tarixini yazan yenilməz sərkərdə, müdrik Prezident kimi yaddaşlarda qalacaqsınız. Sizə və rəşadətli Azərbaycan Ordusuna hər an duaçıyıq. Allah Sizi və şanlı Ordumuzu müzəffər etsin! Əminəm ki, yaxın günlərdə Böyük Zəfər münasibətilə Azərbaycan xalqını təbrik edəcəksiniz”.
Füzuli sakini Rafayıl Zülfüqarov: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, işğalda olan torpaqlarımızın bütövlüyü uğrunda apardığınız müdrik siyasətin nəticəsidir ki, bu gün Azərbaycanın üçrəngli bayrağı Füzulidə, Cəbrayılda, Hadrutda dalğalanır. Arzum budur ki, tez bir zamanda qürur mənbəyimiz olan bayrağımız Azərbaycanın işğaldan azad olunacaq bütün torpaqlarında dalğalansın. Əziz və sevimli Prezidentimiz, bu gün Azərbaycan xalqının ürəyi Sizinlə döyünür, bütün Azərbaycan xalqı Sizinlə öyünür. Siz neçə-neçə yurd həsrətli insanları sevindirirsiniz. Bu gün düşməndən alacağımız təkcə torpaq yox, həm də intiqamdır. Bu şərəfli və müqəddəs yolda Ulu Tanrı Sizi və Azərbaycan Ordusunu qorusun! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.
Bakı şəhər sakini Ayxan Nəsibli: “Müzəffər Ali Baş Komandanımız, qalib Azərbaycan Ordusunun sərkərdəsi, Siz bu gün şanlı Ordumuza komandanlıq edərək parçalanmış Azərbaycan torpaqlarını qaytarmaqla tarix yazırsınız. Qazandığınız qələbələrlə xalqımıza sevinc bəxş edib, Sizə inanan xalqın rəğbətini və sevgisini minə qatladınız. Bilin ki, Sizin kimi müdrik Prezidentə gözümüzü qırpmadan canımızı fəda etməyə hazırıq. Əziz Prezidentim, mən söz verirəm ki, ana Vətənim Zəngilana qayıtdıqdan sonra həyətimizdə Sizin büstünüzü ucaldacağam. İnşallah, Siz də Mehriban xanımla birlikdə o yerlərə, bizə ziyarətə gələrsiniz. İnanıram ki, o gün çox yaxındadır. Azərbaycana nəfəs verən Prezidentim, mənim sonsuza qədər əbədi Prezidentim, Siz Azərbaycanın özüsünüz!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Faciəvi qəza: Ana övladlarını qorumaq üçün canından keçdi
20:52 11.04.2026
Hadisə
Çin Tayvan üçün "yumşaq güc" kartını açdı – ŞƏRH
20:41 11.04.2026
Gündəm
Cey Di Vens və Cared Kuşner İran rəhbərliyi ilə üzbəüz görüşdü
19:53 11.04.2026
Dünya
Kürd siyasətçi İraqın yeni prezidenti seçilib
19:17 11.04.2026
Dünya
Türkiyədə 4,8 bal gücündə zəlzələ olub
18:50 11.04.2026
Hadisə
17 yaşlı şübhəli üçün 126 ilə qədər həbs istənilir
17:56 11.04.2026
Hadisə
Abşeronda ölüm hadisəsi baş verdi
17:51 11.04.2026
Hadisə
Ağdamda tikintidə ölüm hadisəsi baş verib
17:25 11.04.2026
Hadisə
Tərtərdə kanalda batan 7 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
17:23 11.04.2026
Hadisə
ABŞ-İran danışıqları başladı - YENİLƏNDİ
17:19 11.04.2026
Dünya
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:59 11.04.2026
Ekologiya
KİV: İran ABŞ ilə danışıqlara başlamaqdan imtina etdi
16:41 11.04.2026
Dünya
Makron Ərdoğanla telefon danışığı aparıb
16:31 11.04.2026
Siyasət