Qarabağda düşmənin texnikası, canlı qüvvəsi sürətlə azalır
05:37 05.11.2020
Qarabağ
854
Elçin Alıoğlu:"Ordumuz Ermənistan Silahlı Qüvvələrinin hərbi texnikasının 63 faizini məhv edib"
Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə qarşı həyata keçirdiyi uğurlu döyüş əməliyyatları və dəqiq atəş zərbələri nəticəsində erməni cəmiyyətində təşviş, Ermənistan ordusunda isə xaos, kütləvi fərarilik və özbaşınalıq hökm sürür. Hətta könüllülər və düşmənin ordu bölmələrinin şəxsi heyəti arasında mübahisələr, bir-birinə qarşı silah tətbiq etmək, döyüşə girməkdən imtina, əmr olmadan mövqelərdən geri çəkilmə və kütləvi fərarilik baş alıb gedir. Xüsusilə belə hallara şəxsi heyətin komandanlığı arasında da rast gəlmək mümkündür.
Siyasi-şərhçi Elçin Alıoğlu deyir ki, bu, ilk növbədə Azərbaycanın keçirdiyi əks-həmlə əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin kütləvi şəkildə itki verməsi ilə bağlıdır.
O bildirib ki, işğalçı ölkə məğlubiyyətə uğradıqca ordudakı fərarilik halları da sürətlə artır və onlar bunun qarşısını ala bilmirlər: "Qarabağda düşmənin canlı qüvvəsi və texnikası sürətlə azalır. Bu səbəbdən Ermənistanın Müdafiə Nazirliyi təcili olaraq Qarabağa əlavə canlı qüvvə və texnika yollamağa başlayıb.
Təbii, Ermənistanın Rusiyadan gizli yollarla alacağı hərbi texnika rəqəmləri daha da artıra bilər. Amma sentyabrın 27-dən bəri gedən döyüşlərdə ordumuz Ermənistan Silahlı Qüvvələrinin hərbi texnikasının 63 faizini məhv edib. Düzdür, yerdə qalan qüvvə ilə ermənilər ciddi müqavimət göstərə bilərdilər.
Lakin çətin, çünki belə müqavimət üçün təcrübəli və istedadlı komandirlər gərəkdir. Ermənistan ordusu isə döyüşlərdə artıq 13 yüksək rütbəli zabitini birdəfəlik itirib və bəziləri də fərarilik edir.
Onu da unutmayaq ki, Ermənistan Müdafiə Nazirliyi üçün döyüşlərə əlavə qüvvə və texnika yollamaq heç də asan deyil. Səbəb isə hərbi məğlubiyyətləri ilə barışa bilmədikləri üçün Ermənistanda çox ciddi siyasi böhran yaşanır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə 4,8 bal gücündə zəlzələ olub
18:50 11.04.2026
Hadisə
17 yaşlı şübhəli üçün 126 ilə qədər həbs istənilir
17:56 11.04.2026
Hadisə
Abşeronda ölüm hadisəsi baş verdi
17:51 11.04.2026
Hadisə
Ağdamda tikintidə ölüm hadisəsi baş verib
17:25 11.04.2026
Hadisə
Tərtərdə kanalda batan 7 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
17:23 11.04.2026
Hadisə
ABŞ-İran danışıqları başladı - YENİLƏNDİ
17:19 11.04.2026
Dünya
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:59 11.04.2026
Ekologiya
KİV: İran ABŞ ilə danışıqlara başlamaqdan imtina etdi
16:41 11.04.2026
Dünya
Makron Ərdoğanla telefon danışığı aparıb
16:31 11.04.2026
Siyasət
Zelenski Pasxa atəşkəsinə əməl etməyə hazır olduqlarını bəyan edib
16:18 11.04.2026
Dünya
ABŞ İranın şərtlərini qəbul etmədi
16:10 11.04.2026
Dünya
Ciyələk xəbərdarlığı: Uşaqlara verməyin!
15:58 11.04.2026
Sosial
İran ABŞ-dən tələblərini açıqladı
15:42 11.04.2026
Dünya
Fərəc Fərəcovun poeziyası ətrafında bəzi düşüncələr
15:38 11.04.2026
Ədəbiyyat
Fərhad Məmmədov: Ermənilərlə bu görüşün simvolik mənası odur ki...
15:31 11.04.2026
Gündəm