
Qarabağın bütün ərazilərində su çatışmazlığı həll ediləcək
Yusif Nəzərli
17:32 25.04.2023
Qarabağ
601
Sərsəng ətrafında yerləşən terrorçu rejimin dəstələri Azərbaycan ordusunun legitim hədəfidir
Sərsəng su anbarında suyun səviyyəsi getdikcə azalır. Ekoloji fəlakətin yaranmasına səbəb separatçıların elektrik enerjisinin böyük hissəsini buradakı SES-dən əldə etməsi, nəticə etibarilə, həddindən artıq yüklənmədir. Son məlumatlara görə, suyun səviyyəsi 20 metr aşağı düşüb və bu tendensiya davam edir. Mövcud vəziyyət rəsmi Bakının Sərsəngin xilası üçün hansı addım ata biləcəyi məsələsini də gündəmə gətirir.

Siyasi şərhçi Asif Nərimanlı "Şərq"ə deyib ki, Sərsəngi xilas etmək məqsədilə ekoloji müstəvidə hərəkətə keçmək lazımdır. Analitik hesab edir ki, Bakı ermənilərlə təmaslar quraraq, su anbarına baxış keçirə və ekoloji fəlakətin qarşısını almağın yollarını axtara bilər:
"Ötən ilin 24 avqust tarixində Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndələri ermənilərlə birlikdə Sərsəngə baxış keçirmişdi. Su anbarından birgə istifadə ilə bağlı razılıq əldə olunmuşdu. Digər razılaşma əraziyə baxışın gələcəkdə də mütəmadi həyata keçirilməsinə dair idi. Lakin sonrakı dövrdə əraziyə baxışın keçirilməsi mümkün olmayıb. Rəsmi Bakının SES-dəki yüklənmənin aradan qaldırılmasını tələb etməsi də versiyalardan biridir. Hərçənd separatçıların buna əməl etməyəcəyi ehtimalı daha yüksəkdir və onların cavabını da təxmin etmək çətin deyil:
"SES-dəki yüksəlməni azaltmaq üçün Ermənistandan elektrik enerjisinin verilməsi bərpa olunmalıdır, əks təqdirdə, enerji problemini həll etmək mümkün deyil". Mövcud vəziyyət və versiyalar ekoloji müstəvidə addımların atılmasının nəticə verə biləcəyi gözləntisini azaldır. Digər yol isə Sərsəngə nəzarətin bərpa olunması məqsədilə hərbi müstəvidə hərəkətə keçməkdir".
Ekspert xatırladıb ki, ötən ilin 3 avqustunda separatçıların təxribatına cavab olaraq keçirilən əməliyyatda da ordumuz PUA-larla Sərsəng su anbarının yaxınlığında yerləşən terrorçuların kazarmalarına zərbələr endirmişdi:
"Bu o deməkdir ki, Sərsəng ətrafında yerləşən terrorçu rejimin dəstələri Azərbaycan ordusunun legitim hədəfidir. Bakı bu hədəfləri sıradan çıxarmaq məqsədilə hərəkətə keçə, buna paralel olaraq, su anbarına nəzarəti bərpa edə bilər.
Su anbarına nəzarət bərpa edilərsə, anbarın üzləşdiyi ekoloji fəlakətin qarşısı alınacaq. Qarabağın digər ərazilərinin su çatışmazlığı həll ediləcək. Azərbaycanın bir çox rayonunun üzləşdiyi su qıtlığı probleminin həllində yeni mənbə əldə ediləcək. Sərsəngə nəzarətin bərpa edilməsi həm də separatçıların elektrik enerjisi mənbəsindən böyük ölçüdə məhrum olmasına, daha çətin vəziyyətə düşmələrinə səbəb olacaq amildir.
Bu isə onların Bakıya təslim olmasını, yaxud Qarabağdan qaçmasını sürətləndirə bilər. Qarabağdakı ermənilərin digər ehtiyacları kimi elektrik enerjisi təminatı da reinteqrasiya prosesi çərçivəsində Azərbaycan hökuməti tərəfindən həll edilə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə zəlzələ oldu
23:35 14.07.2026
Gündəm
ABŞ İrana yenidən zərbələr endirib
23:13 14.07.2026
Dünya
Tramp Hörmüzlə bağlı qərarını dəyişdi: “İranı çox sərt vururuq”
23:12 14.07.2026
Gündəm
İranın Keşm adasında partlayışlar baş verib
22:59 14.07.2026
Dünya
ABŞ və İran arasında heç bir real razılaşma əldə olunmayıb - ŞƏRH
22:29 14.07.2026
Gündəm
Norveç Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiq etdi
22:02 14.07.2026
Dünya
Bu marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
21:49 14.07.2026
İnfrastruktur
TRT-nin Bakı nümayəndəliyinə yeni rəhbər təyin edildi
20:20 14.07.2026
Dünya
"Qəbələ" ilk yoxlama görüşündə "Kəpəz"i məğlub etdi
20:09 14.07.2026
Futbol
Küveyt ordusu: Düşmənin hava hədəfləri zərəsizləşdirilir
19:58 14.07.2026
Dünya
Tramp: ABŞ İran gəmilərinə qarşı tam blokada tətbiq edəcək
19:42 14.07.2026
Dünya
"Barselona" "Kamp Nou"nu tərk edir: UEFA qaydaları və yeni stadion
19:26 14.07.2026
Futbol
Ərdoğan Qətərə səfər etdi
19:19 14.07.2026
Gündəm
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana təhvil veriləcək
19:12 14.07.2026
Hadisə
Gəncədə altı nəfər qidadan zəhərləndi
18:58 14.07.2026
Hadisə