“Rusiya bölgəni tərk etməlidir” - Missiyasını yerinə yetirmir!
Fidan Həmişəyeva
14:07 08.07.2021
Qarabağ
753
İyulun 6-da Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələrinin atəşə tutulması ciddi rezonans doğurub. Məlumdur ki, Ağdam rus sülhməramlılarının yerləşdiyi ərazidir. Artıq neçənci dəfədir Rusiyanın bölgədə sülhün pozulması istiqamətində maraqlı olduğu üzə çıxır.
10 noyabr üçtərəfli bəyanatına əsasən rus sülhməramlıları ixtiyarında olan ərazilərdə sülhü təmin etməlidir. Lakin Ağdamda atəşkəsin pozulması isə bunun tam əksini göstərir.
Mövcud durumla bağlı fikirlərini “Sherg.az”la bölüşən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı söyləyib ki, atəşkəsin pozulması Rusiya sülhməramlılarının regionda qalıb-qalmaması barədə məsələni bir daha gündəmə gətirir:
“Həm atəşkəs pozulur, həm müxtəlif yerlərdə erməni terrorçu qrupları minalar basdırır, dinc əhali və hərbçilərimiz yaralanır. Bu isə o deməkdir ki, rus sülhməramlıları üzərinə düşəni yerinə yetirə bilmir. Üçtərəfli bəyanata əsasən Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxartmalıdır. Lakin bunların heç birinə əməl edilmir. Rusiyanın isə bölgədə şəxsi maraqları var. Bunun üçün də bölgədə varlığını davam etdirmək üçün əllərindən gələni edirlər. Azərbaycan baş verənlərə birmənalı şəkildə qiymət verməlidir. Yəni Rusiya öz missiyasını yerinə yetirə bilmədiyi üçün bölgəni tərk etməlidir. Bundan sonra Azərbaycan öz hərbi qüvvələrini yerləşdirib, regionda sülh və əmin-amanlığa nail olmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya