Separatçıların Xankəndi ermənilərinə təsiri mümkünsüz olacaq
Yusif Nəzərli
13:30 21.04.2023
Qarabağ
725
Yolun sonu görünməyə başladı
"Dövlət başçımızın Neftçala və Salyan rayonuna səfəri müxtəlif vasitələrlə və təxribatlarla sülhdən yayınan Ermənistana, onun havadarlarına və Xankəndidəki separatçılara ünvanlanan ismarıclar, xəbərdarlıqlar baxımından da olduqca əhəmiyyətlidir". Bu barədə Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. Partiya rəhbəri qeyd edib ki, xüsusən separatçılara ünvanlanan ismarıc kifayət qədər sərtliyi ilə diqqət çəkdi:
"Prezident İlham Əliyev Azərbaycan Dövlət Televiziyasına müsahibəsində maraqlı ritorika seçmişdi. Onun separatçıları “təlxəklər toplusu” adlandırması da ermənilər arasında hələ çox müzakirə olunacaq. Separatçılara ağır psixoloji zərbə vurmaq və onlara mənəvi-siyasi sarsıntı yaşatmaq üçün bundan daha uğurlu ifadə tapmaq, zənnimcə, mümkün deyil.
Azərbaycan Prezidenti müsahibəsində həm separatçıların bütün “vəzifə”lərinin qondarma olduğunu bildirdi, həm də onlara bizim səbrimizin limitsiz olmadığını duyurdu. Separatçıların bundan sonra yalnız iki seçim imkanının qaldığını bir daha bəyan etdi. Beləliklə, Cənab Prezident erməni separatçıları ilə mülki ermənilər arasında ayırıcı xətti konkret olaraq müəyyənləşdirdi. Bununla bir daha dünyaya bəyan edildi ki, bizim Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olan mülki erməni əhalisi ilə heç bir problemimiz yoxdur. Azərbaycan dövləti sadəcə olaraq Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət etdiyi ərazilərimizi zəli, yırtıcı, təxribatçı separatçılardan təmizləmək istəyir. Bu istək də dünya birliyi tərəfindən çox normal qarşılanmalıdır. Çünki heç bir ölkə razı ola bilməz ki, onun ərazisində hansısa separatçı qüvvələr “dövlət içində dövlət” yaratmağa səy göstərsinlər".
Ə.Hüseynov vurğulayıb ki, Prezidentin son ismarıcları separatçıların sonunun başlanğıcı hesab edilə bilər:
"Bundan sonra ya separatçıların həm dinc vasitələrlə, həm də kiçik antiterror əməliyyatlarının keçirilməsi hesabına zərərsizləşdirilməsi, demilitarizasiyası və denasifikasiyası planı reallaşdırılacaq. Onlar reinteqrasiyaya məcbur ediləcəklər, ya da Xankəndidən zorla çıxarılacaqlar. Yəni ki, təlxəklər yığınının üçüncü yolu qalmır. Başqa sözlə desək, separatçıların 30 ilə yaxın oynadığı “müstəqillik tamaşası” artıq bitmək üzrədir. Necə deyərlər, yolun sonu görünməyə başladı. Separatçıların əsas simaları sayılan Serjik Sarkisyan, Robert Koçaryanı, Seyran Ohanyan kimi müharibə canilərinin və separatçılıq ideoloqlarının isə bundan sonra Xankəndi ermənilərinə təsir imkanları tamamilə mümkünsüz olacaq. Çünki ölkə rəhbəri İlham Əliyevin də qeyd etdiyi kimi, biz onları Qarabağdan iti qovan kimi qovmuşuq və indi heç biri Xankəndiyə gələ bilmir. Erməniləri böyük itkilərə və məğlubiyyətə düçar edən bu canilər separatçılığın, bölücülüyün və terrorçuluğun sonunun fiasko ilə nəticələnəcəyini vaxtında dərk etməliydilər. Azərbaycan xalqının öz tarixi torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt icazə verməyəcəyini artıq bütün ermənilər başa düşməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə zəlzələ oldu
23:35 14.07.2026
Gündəm
ABŞ İrana yenidən zərbələr endirib
23:13 14.07.2026
Dünya
Tramp Hörmüzlə bağlı qərarını dəyişdi: “İranı çox sərt vururuq”
23:12 14.07.2026
Gündəm
İranın Keşm adasında partlayışlar baş verib
22:59 14.07.2026
Dünya
ABŞ və İran arasında heç bir real razılaşma əldə olunmayıb - ŞƏRH
22:29 14.07.2026
Gündəm
Norveç Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiq etdi
22:02 14.07.2026
Dünya
Bu marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
21:49 14.07.2026
İnfrastruktur
TRT-nin Bakı nümayəndəliyinə yeni rəhbər təyin edildi
20:20 14.07.2026
Dünya
"Qəbələ" ilk yoxlama görüşündə "Kəpəz"i məğlub etdi
20:09 14.07.2026
Futbol
Küveyt ordusu: Düşmənin hava hədəfləri zərəsizləşdirilir
19:58 14.07.2026
Dünya
Tramp: ABŞ İran gəmilərinə qarşı tam blokada tətbiq edəcək
19:42 14.07.2026
Dünya
"Barselona" "Kamp Nou"nu tərk edir: UEFA qaydaları və yeni stadion
19:26 14.07.2026
Futbol
Ərdoğan Qətərə səfər etdi
19:19 14.07.2026
Gündəm
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana təhvil veriləcək
19:12 14.07.2026
Hadisə
Gəncədə altı nəfər qidadan zəhərləndi
18:58 14.07.2026
Hadisə