Şuşasız Azərbaycan ruhsuz bədəni xatırladırdı, indi bu bədənə ruhu qaytarıldı - Əli Əhmədov
12:05 08.11.2020
Qarabağ
513
Gözün aydın, Azərbaycan! Bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev qədim şəhərimiz Şuşanın işğaldan azad edildiyini xəbər verdi. Bu xəbəri bütün Azərbaycan xalqı düz 28 il yarım gözlədi. Və nəhayət, 2020-ci il noyabr ayının 8-də, Dövlət Bayrağı günü ərəfəsində illərlə gözlədiyimiz xəbəri Ali Baş komandanın dilindən eşitdik.
Sherg.az-ın məlumatına görə, bu barədə Azərbaycan Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Şuşanın işğaldan azad edilməsi münasibətilə sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, bu illər ərzində hər azərbaycanlının ən çox eşitmək istədiyi sözlər “Şuşa azad edildi” kəlmələri olub. İndi xalqımız Prezidentin dilindən bu kəlmələri eşidərək tarixi xoşbəxtlik anlarını yaşayır:
“Şuşanın azad olunması Azərbaycanın tarixinin ən şanlı səhifələrindən biridir. Bu, xalqın bütövlük, dəyanət, rəşadət və ləyaqət tarixidir. Şuşa xalqımızın tarixini, mədəniyyətini, ləyaqətini və ruhunu ifadə edir. Şuşasız Azərbaycan ruhsuz bədəni xatırladırdı. İndi bu bədənə ruhu qaytarıldı.
Şuşa Azərbaycanın Dövlət Bayrağı günü ərəfəsində azad edildi. Müqəddəs bayrağımız öz tarixinin yəqin ki, ən şərəfli gününü yaşayır. İndi o, Şuşada dalğalanır. Və əbədi dalğalanacaq!
Şuşanın azad edilməsi Azərbaycanın möhtəşəm qələbəsidir. Bu, rəşadətli Azərbaycan Ordusunun qələbəsidir. Şuşanın azadlığa qovuşması zati-aliləri İlham Əliyevin tarixi qələbəsidir”.
Ə. Əhmədov bildirib ki, Şuşanın işğalda olduğu 28 il ərzində, qədim şəhərimizin itirildiyi may ayının 8-də heç kim şadlıq etməzdi, təntənəli tədbirlər təşkil edilməzdi, toylar keçirilməzdi. Şuşanın işğalının Azərbaycan xalqı üçün nə qədər böyük itki olduğunu bundan daha təsirli şəkildə heç nə ifadə edə bilməz. Buna görə də Şuşanın azad edilməsinin milli bayram kimi qeyd olunmağa tam haqqı çatır. Yəqin ki, elə bu cür də olacaq:
“Şuşanın azad olmasının sevincini yaşadığımız bu gündə “Çox sağ olun, cənab Ali Baş Komandan” demək istəyirəm. Siz bütün Azərbaycan xalqına göz aydınlığı verdiniz. Sizin də gözünüz aydın. Siz şərəfli bir tarix yaratdınız. Bu tarixin ən gözəl səhifəsində qızıl hərflərlə Sizin adınız yazılıb. Azərbaycan xalqı bütün dünyaya göstərdi ki, o, qəhrəman xalqdır. Ən böyük qəhrəman isə İlham Əliyevdir.
Eşq olsun Azərbaycan Ordusuna!
Eşq olsun Azərbaycan xalqına!
Yaşasın Qarabağı azad edən Azərbaycan Qəhrəmanı İlham Əliyev!”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə 4,8 bal gücündə zəlzələ olub
18:50 11.04.2026
Hadisə
17 yaşlı şübhəli üçün 126 ilə qədər həbs istənilir
17:56 11.04.2026
Hadisə
Abşeronda ölüm hadisəsi baş verdi
17:51 11.04.2026
Hadisə
Ağdamda tikintidə ölüm hadisəsi baş verib
17:25 11.04.2026
Hadisə
Tərtərdə kanalda batan 7 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
17:23 11.04.2026
Hadisə
ABŞ-İran danışıqları başladı - YENİLƏNDİ
17:19 11.04.2026
Dünya
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:59 11.04.2026
Ekologiya
KİV: İran ABŞ ilə danışıqlara başlamaqdan imtina etdi
16:41 11.04.2026
Dünya
Makron Ərdoğanla telefon danışığı aparıb
16:31 11.04.2026
Siyasət
Zelenski Pasxa atəşkəsinə əməl etməyə hazır olduqlarını bəyan edib
16:18 11.04.2026
Dünya
ABŞ İranın şərtlərini qəbul etmədi
16:10 11.04.2026
Dünya
Ciyələk xəbərdarlığı: Uşaqlara verməyin!
15:58 11.04.2026
Sosial
İran ABŞ-dən tələblərini açıqladı
15:42 11.04.2026
Dünya
Fərəc Fərəcovun poeziyası ətrafında bəzi düşüncələr
15:38 11.04.2026
Ədəbiyyat
Fərhad Məmmədov: Ermənilərlə bu görüşün simvolik mənası odur ki...
15:31 11.04.2026
Gündəm