Təhlükəli proses ! - "Livandan Dağlıq Qarabağa ermənilər köçürülür" – Terrorçu dəstələr...!
Şəymən Bayramova
08:30 01.09.2020
Qarabağ
1050
“Livandan köçürülən ailələrin içərisində də çoxsaylı terrorçular ola bilər”
“Çünki Livan daima terrorçuların məskunlaşdığı, yerləşdiyi və yetişdirildiyi bir məkan olub”
“Bu fakta hər şeydən öncə ATƏT-in Minsk qrupunun həmsədrləri dərhal reaksiya verməlidirlər”
“Əks təqdirdə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün lazım olan bütün addımları atacaqdır"
Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin qeyri-qanuni fəaliyyəti və təxribatı davam etməkdədir. Bu günlərdə qondarma rejimin başçısı Araik Arutunyan Klikia katalikosu birinci Aramla danışaraq Livandan bir qrup erməni ailəsinin Dağlıq Qarabağa köçürülməsi məsələsini müzakirə edib.
Məsələ barədə "Sherg.az"a açıqlama verən Hikmət Babaoğlunun sözlərinə görə, bu çox qorxulu tendensiyadır və beynəlxalq hüquq normalarına uyğun deyil:
"Hər şeydən öncə 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyası və onun protokoluna ziddir. Bu cür faktlar əsla və əsla ATƏT-in Minsk qrupunun həmsədrlərinin diqqətindən, faktaraşdırıcı missiyanın diqqətindən yayınmamalıdır və bunlar qeydə alınmaqla qarşısının alınması üçün müvafiq tədbirlər görülməlidir. İkinci təhlükəli olan məsələ ondan ibarətdir ki, bu günlərdə Ermənistanda hərbi xidmətə çağırışla bağlı qanuna düzəliş edilməsi gündəmə gəldi. Bu o deməkdir ki, könüllülərin bundan sonra Ermənistan ordusuna cəlb olunmasının qanuni yolu açılacaqdır və bu prosesdə erməni ordusuna könüllülər adı altında çoxsaylı terroristlər cəlb ediləcəkdir .
Ona görə də bu iki fakt arasında bir əlaqə qurub belə nəticəyə gəlmək olar ki, Livandan köçürülən ailələrin içərisində də çoxsaylı terrorçular ola bilər. Çünki Livan daima terrorçuların məskunlaşdığı, yerləşdiyi və yetişdirildiyi bir məkan olub. İlk dəfə 1875-ci ildə erməni terror təşkilatı ASALA yaradılan zaman məhz Livanda yaradılıb. Hazırda da bu klassik ənənə davam etməkdədir.
Ona görə də əslində burda iki məsələyə xüsusi diqqət ayrılmalıdır. Bir qeyri-qanuni məskunlaşma, digəri isə Cənubi Qafqaza terroristlərin gətirilməsi ilə regionda vəziyyətin daha da gərginləşdirilməsi.
Bu fakta hər şeydən öncə ATƏT-in Minsk qrupunun həmsədrləri dərhal reaksiya verməlidirlər. Və əgər regionda doğurdan da gərginliyin daha da artmasını istəmirlərsə, doğrudan da problemi sülh yolu ilə həll etmək istəyirlərsə, bu cür addımların qarşısını almalıdırlar.
İşğalçı ölkəyə təziq etməlidilər. Əks təqdirdə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün lazım olan bütün addımları atacaqdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm
Dava neft davasıdır: Yaxın Şərqdə savaşın taleyi həll olunur
13:21 16.03.2026
Aktual
Rusiyada "Telegram"ın bloklanmasına başlanılıb
13:16 16.03.2026
Dünya
Xaçmazda təqaüdçülərin kartlarını talayan şəxs tutulub
13:11 16.03.2026
Hadisə
Bakıda 53 yaşlı qadın doğuş zamanı ölüb
12:39 16.03.2026
Hadisə
İrandan Azərbaycan sərhədi ilə 4 nəfər təxliyə olunub - FOTO
12:34 16.03.2026
Dünya