Türkiyə Yazıçılar Birliyi: Azərbaycanlı qardaşlarımızın yanında olacağıq
10:34 25.10.2020
Qarabağ
529
Türkiyə Yazıçılar Birliyi (TYB) Qarabağa dəstək məqsədli Azərbaycan Yazıçılar Birliyinə (AYB) məktub ünvanlayıb.
Bu barədə APA-nın yerli bürosuna TYB-nin sədri Kazım Arıcan bildirib.
K.Arıcan deyib ki, AYB sədri Anar Rzayevə göndərilən məktubda Türkiyənin yazarları, ədibləri, düşüncə adamları əsassız torpaq iddiaları ilə hər zaman regionda sülhə ən böyük maneə yaradan, Azərbaycanda körpə, yaşlı demədən mülki insanları öldürməklə müharibə cinayəti törədən Ermənistanın və onları dəstəkləyən, cəsarət verənlərin şiddətlə qınandığı yer alıb: “Bu, bütün insanlığa qarşı törədilmiş ən pis cinayətdir. Ümid edirik ki, dünyanın bütün yazıçıları bu cinayətə qarşı çıxacaq. Çünki əsil düşüncə adamları həqiqətləri görməli və haqqın yanında olmalıdır".
Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini dünya ictimaiyyətinə çatdırmaq üçün heç bir beynəlxalq təşkilatın rol oynamadığına diqqət çəkən Arıcan belə deyib: “Dağlıq Qarabağ məsələsi, Ermənistanın təcavüzü nəticəsində ortaya çıxan bir mövzudur. Məsələnin həllində hələlik heç bir beynəlxalq təşkilatın köməyi olmayıb. Hər bir beynəlxalq məsələni danışıqlar yolu ilə deyil, adət etdiyi müharibələr və qırğınlar yolu ilə həll edəcəyinə inanan Ermənistan, beynəlxalq hüquq və qanunu tanımır və qlobal güclərin oyuncağıdır. Qatil Ermənistan yaxşı bilməlidir ki, günahsız insanlara, mülki şəxslərə hücum edərək öldürmək insanlığa qarşı cinayətdir və şübhəsiz ki, Beynəlxalq Cinayət Məhkəməsində törətdiyi qırğınların hesabını verəcək”.
TYB sədrinin sözlərinə görə, Ermənistanın son hücumları qarşısında Azərbaycan və Türkiyənin birlik nümayiş etdirməsi türk dünyasına nümunə olub: “Türkiyə ilə Azərbaycan, dil, din və mədəniyyət birliyi olan və bir-birlərini dəstəkləyən bir millətin iki ayrı dövlətidir. Türk milləti olaraq dünən olduğu kimi, bu gün və sabah da regionun sabitliyini qorumağa çalışan və işğal altındakı vətəni qoruyan azərbaycanlı qardaşlarımızın yanında olacağıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Faciəvi qəza: Ana övladlarını qorumaq üçün canından keçdi
20:52 11.04.2026
Hadisə
Çin Tayvan üçün "yumşaq güc" kartını açdı – ŞƏRH
20:41 11.04.2026
Gündəm
Cey Di Vens və Cared Kuşner İran rəhbərliyi ilə üzbəüz görüşdü
19:53 11.04.2026
Dünya
Kürd siyasətçi İraqın yeni prezidenti seçilib
19:17 11.04.2026
Dünya
Türkiyədə 4,8 bal gücündə zəlzələ olub
18:50 11.04.2026
Hadisə
17 yaşlı şübhəli üçün 126 ilə qədər həbs istənilir
17:56 11.04.2026
Hadisə
Abşeronda ölüm hadisəsi baş verdi
17:51 11.04.2026
Hadisə
Ağdamda tikintidə ölüm hadisəsi baş verib
17:25 11.04.2026
Hadisə
Tərtərdə kanalda batan 7 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
17:23 11.04.2026
Hadisə
ABŞ-İran danışıqları başladı - YENİLƏNDİ
17:19 11.04.2026
Dünya
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:59 11.04.2026
Ekologiya
KİV: İran ABŞ ilə danışıqlara başlamaqdan imtina etdi
16:41 11.04.2026
Dünya
Makron Ərdoğanla telefon danışığı aparıb
16:31 11.04.2026
Siyasət