Qaradağda Vətən müharibəsinin başlanmasının 4-cü ildönümü münasibətilə tədbir keçirilib
Yusif Nəzərli
15:38 27.09.2024
Cəmiyyət
574
“Vətəndaş Tribunası” İctimai Birliyi icra etdiyi “Qarabağ zəfərinin əsasları” layihəsi çərçivəsində növbəti tədbiri Bakı şəhəri Qaradağ rayonunun Lökbatan qəsəbəsində keçirib. Azərbaycan torpaqlarının 30 illik işğalına son qoymuş 44 günlük Vətən müharibəsinin başlanma günü ərəfəsində təşkil edilmiş görüşdə Qaradağ rayonu şəhid ailələri və qazilərinin, rayon veteran təşkilatlarının təmsilçiləri, ictimai fəallar və pedaqoji kollektivlərin nümayəndələri iştirak etmişlər.
Tədbirdən öncə Milli Məclisin Qaradağ rayonundan seçilmiş deputatı Səbinə Xasayeva, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, “Vətəndaş Tribunası” İctimai Birliyinin sədri Səfər Alışarlı Lökbatan qəsəbəsindəki şəhid məzarlığının ziyarət etmişlər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmiş, vətənimizin azadlığı uğrunda canını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Görüşü giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev 27 sentyabr 2020-ci ildə başlanmış Vətən müharibəsində Azərbaycan Ordusunun qələbəsini yüksək qiymətləndirərək, onun böyük tarixi əhəmiyyət daşıdığını qeyd etmişdir. O bildirmişdir ki, son iki yüz ildə doğma torpaqları hissə-hissə itirən Azərbaycan bu müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmənə döyüş meydanında sarsıdıcı zərbə endirərək zəfər qazandı. Q.Əliyev bütün dünyanın bu müharibəni diqqətlə izlədiyini, bir sıra ermənipərəst dövlətlərin işğalçıya hərbi, siyasi və maddi dəstəyini qeyd edərək, ordumuzun işğalçılara qarşı rəşadətlə vuruşduğunu, əsgər və zabitlərimizin qələbə naminə öz qanını, canını belə əsirgəmədiklərini vurğuladı. Q.Əliyev Qarabağa böyük qayıdışın bu gün uğurla həyata keçirildiyini, işğaldan azad edilmiş, işğal dövründə düşmənin yerlə-yeksan etdiyi şəhər və kəndlərimizin yenidən dirçəldildiyini diqqətə çatdırmışdır.
Tədbirdə məruzə ilə çıxış edən “Vətəndaş Tribunası” İctimai Birliyinin sədri Səfər Alışarlı layihənin donoruna və təşkilati dəstəyə görə YAP Qaradağ rayon təşkilatına təşəkkür etdi. S.Alışarlı Qarabağ zəfərinin əsasları sırasında hər şeydən öncə Azərbaycan xalqının düşmən işğalı ilə heç zaman barışmadığını qeyd edərək, bu mühüm qələbənin siyasi, iqtisadi, hərbi və mənəvi tərəflərini xüsusi olaraq vurğuladı. Bu əsaslar sırasında o, Qarabağ probleminin yaradılma tarixi, beynəlxalq təşkilatların, o cümlədən Minsk qrupunun tərəflərə münasibəti və danışıqlarda ermənilərin qeyri-konstruktivliyi üzündən problemin sülh yolu ilə həllinin mümkün olmadığını qeyd etdi. İqtisadi əsaslar sırasında natiq Azərbaycanın neft strategiyasını, 1994-cü ildə imzalanmış neft müqavilələri üzrə yaradılan Konsorsiumunun, eləcə də Bakı-Tbilisi-Ceyhan, Bakı-Novorossiysk, Bakı-Supsa neft boru kəmərlərini və bu gün də Azərbaycan qazını dünyaya uğurla nəql edən Cənub Qaz Dəhlizi, TANAP layihələrinin əhəmiyyətindən danışdı. Zəfərin hərbi əsasları haqda S.Alışarlı qüdrətli Azərbaycan Ordusunun peşəkarlığını, ən müasir silahlarla təchiz edildiyini və müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərləyi ilə ən çətin əməliyyatlardan qalib çıxdığını vurğuladı. Zəfərin mənəvi əsaslarını S.Alışarlı müsəlman əxlaqının işğalla barışmaması, xalqımızın qəhrəmanlıq eposları, müasir ədəbiyyatımızın və musqimizin Qarabağı bir an belə unutmaması ilə əlaqələndirdi.
Natiq yenidən inşa edilən Qarabağa böyük qayıdışı Azərbaycan ruhunun möhtəşəm qələbəsi və təntənəsi kimi dəyərləndirdi.
Tədbirdə çıxış edən Qaradağ rayonunun ictimai fəalları Turanə Qasımova, Bəsti Şabanova, Gülnarə Hüseynova, İlhamə Abadova, Şirinzadə Səbinə, qazi Saleh Şirinov və başqaları əlamətdar gün ərəfəsində qəhrəman şəhidlərimizi və qazilərimizi xatırladılar, Qarabağ zəfərinin Azərbaycanın hər bir vətəndaşına bəxş etdiyi qürur hisslərindən danışdılar.
Tədbir iştirakçılarına layihə çərçivəsində hazırlanmış kitabça və dəftərxana ləvazimatları paylandı. Tədbirdən sonra səmimi dialoq çay süfrəsi arxasında davam etdi.
Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.
“Vətəndaş Tribunası” İctimai Birliyinin mətbuat xidməti
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İran nefti daşıyan tankeri ələ keçirib
16:47 23.04.2026
Dünya
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb
16:46 23.04.2026
Hadisə
“İran xalqı mənim hakimiyyətə gəlməyimi istəyir” - Rza Pəhləvi
16:34 23.04.2026
Gündəm
Metroda qatarların ənənəvi qrafiklə hərəkəti tam bərpa olunub
15:53 23.04.2026
Sosial
"Qalatasaray" Türkiyə Futbol Federasiya ilə bütün əlaqələri kəsdi
14:53 23.04.2026
Futbol
Belqradda Azərbaycanın şahmat pavilyonu açılıb
14:45 23.04.2026
Dünya
Ermənistanda hakimiyyət dəyişsə də MÜHARİBƏ OLMAYACAQ - ANALİZ
14:23 23.04.2026
Gündəm
Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
14:04 23.04.2026
Siyasət
Paşinyan Anna ilə barışdı: "Daha bir şansımın olduğuna görə şadam”
13:45 23.04.2026
Gündəm
Nikol Paşinyan: Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq
13:44 23.04.2026
Gündəm
Zaxarova Xəzər dənizində müharibə xəbərdarlığı etdi
13:30 23.04.2026
Gündəm
Nino Tsilosani: Gürcüstan müharibə ilə hədələnir
13:19 23.04.2026
Region